Icma.az
close
up
RU
Füzuli Qarabağın yenidən doğulan ürəyi

Füzuli Qarabağın yenidən doğulan ürəyi

Icma.az, Modern.az saytına istinadən bildirir.

17 oktyabr - Füzuli şəhəri günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyan tarixi gündür. Bu gün təkcə Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü deyil, həm də 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş strateji qələbələrin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və dövlətin iradəsinin simvoludur. Füzuli azad olunması Qarabağ regionunda tarixi ədalətin bərpasının, ərazilərin işğaldan azad edilməsinin və Böyük Qayıdış prosesinin başlanğıc mərhələsinin rəmzidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Azərbaycanın hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirdi. 17 oktyabr – Füzuli şəhəri günü dövlət səviyyəsində qeyd olunması, bu qələbənin həm də milli-mənəvi simvol kimi qeyd olunmasının göstəricisidir. Füzuli rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir və Qarabağ regionunun əsas strateji qapılarından biridir. Rayonun relyefi düzənlik və alçaq dağlıq ərazilərdən ibarət olub, həm nəqliyyat, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Füzuli: Şərqdən Araz çayı və İranla sərhəd, Qərbdən Xocavənd və Hadrut istiqamətləri, Şimaldan Ağdam, Cənubdan Cəbrayıl rayonları ilə həmsərhəddir.

Bu mövqe rayonun tarix boyu hərbi, iqtisadi və strateji əhəmiyyətini müəyyən etmişdir. Füzulinin azad olunması Şuşaya gedən yolun açılması və cəbhənin cənub istiqamətində həlledici üstünlüyün əldə edilməsinə imkan yaratdı. Füzuli Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Arxeoloji tədqiqatlar göstərir ki, burada e.ə. III–II minilliklərdən etibarən həyat mövcud olmuş, Qarabağ xanlığının mühüm inzibati-mədəni mərkəzlərindən biri formalaşmışdır. XIX əsrdə Füzuli ticarət yollarının kəsişdiyi strateji məkan olaraq iqtisadi fəallıq qazanmışdır.
Rayonun adı dahi şair Məhəmməd Füzulinin adından götürülmüşdür. Bu, şəhərin milli-mədəni identikliyini, ədəbi və mənəvi yaddaşımızla bağlılığını göstərir. Füzuli həm coğrafi, həm də mənəvi əhəmiyyətə malikdir. Bölgə tarixi-dini abidələrlə zəngindir: Qarğabazar karvansarası, Mir Əhməd türbəsi, Mollavəli türbəsi, məscidlər, qəbiristanlıqlar, qalalar və yaşayış məskənləri Azərbaycan xalqının memarlıq və mədəni irsinin parlaq nümunələridir. Təəssüf ki, 28 illik işğal dövründə bu abidələrin əksəriyyəti dağıdılmış və talan edilmişdir.

1993-cü ilin avqust ayında Ermənistan silahlı birləşmələri Füzuli rayonunun 51 kəndini işğal etdi. 1994-cü ildə atəşkəsdən sonra rayonun 80%-i düşmən nəzarətində qaldı. İşğal dövründə: 50 mindən çox sakin didərgin düşdü, Minlərlə ev, məktəb və xəstəxana dağıdıldı, Tarixi abidələr və məscidlər təhqir edildi. Rayonun məqsədli şəkildə viran qoyulması Ermənistanın hərbi və siyasi strategiyasının tərkib hissəsi olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi çərçivəsində Füzuli rayonunun azad olunması strateji dönüş nöqtəsi oldu. 17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin işğaldan azad edildiyini elan etdi. Bu əməliyyatlar: 27 illik işğala son qoydu, Şuşaya gedən yol açıldı, Ordunun texniki və taktiki üstünlüyü nümayiş olundu. Mühüm döyüş istiqamətləri arasında Qaraxanbəyli, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Hadrut istiqaməti və Zəfər yolunun təhlükəsizlik zolaqları xüsusi rol oynadı. Bu döyüşlərdə Azərbaycan Ordusunun yüksək peşəkarlığı və iradəsi açıq şəkildə nümayiş etdirildi. Azərbaycan Ordusunun şücaəti dövlət səviyyəsində qiymətləndirildi. Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş “Füzulinin azad olunmasına görə” medalı hərbi qulluqçuların qəhrəmanlığının rəmzi kimi verildi. Bu medal: Füzuli uğrunda döyüşlərin strateji əhəmiyyətini vurğulayır, Qəhrəmanlıq nümunəsi göstərən əsgər və zabitlərə minnətdarlıq ifadə edir.

Füzulinin azad olunduğu günün rəsmi olaraq “Füzuli şəhəri günü” elan edilməsi təkcə tarixi yaddaşın qorunması deyil, həm də Böyük Qayıdışın başlanğıcını simvolizə edir. Bu gün hər il dövlət səviyyəsində qeyd olunur, sakinlər doğma torpaqlarına qayıdır və şəhər sürətlə yenidən qurulur. Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən: Yaşayış məntəqələrində, Kənd təsərrüfatı sahələrində, Yol şəbəkəsində məqsədli minalar yerləşdirmişdir. Bu, Böyük Qayıdış prosesini çətinləşdirir.

Azərbaycan dövləti sistemli təmizləmə işləri aparır, ANAMA və aidiyyəti qurumlar vasitəsilə minaların aradan qaldırılmasını təmin edir. Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda irimiqyaslı yenidənqurma həyata keçirilir: Şəhərsalma və Baş plan təsdiqləri, “Ağıllı şəhər” konsepsiyası, Yol, elektrik, qaz, su-kanalizasiya, rabitə infrastrukturu, Məktəb, xəstəxana və sosial obyektlərin tikintisi, Füzuli Beynəlxalq Hava Limanı və strateji yolların inşası.  Bu layihələr Füzulini regional inkişaf mərkəzinə çevirir.

Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinə köç prosesi başlanmış, sosial infrastruktur və yaşayış şəraiti təmin edilmişdir. Qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır: Özbəkistan – Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisi, maddi və mənəvi dəstək, Qazaxıstan – Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi, sosial layihələrdə iştirak. Bu addımlar Türk dünyasında həmrəyliyin parlaq nümunəsidir. Azad olunmuş Füzulidə Prezident İlham Əliyev 2020–2025-ci illər ərzində ardıcıl səfərlər edib, hər səfərdə: Yeni layihələrin təməli qoyulub, Hava limanı və magistral yollar açılıb, sosial obyektlər istifadəyə verilib,Türk dünyası liderləri qarşılanıb,
Şəhərin Baş planı və urbanizasiya layihələri təsdiqlənib. Bu səfərlər dövlətin Füzuliyə verdiyi siyasi, iqtisadi və mənəvi önəmin təsdiqidir.
Füzuli rayonu:Azərbaycanın strateji qələbəsinin rəmzi, Qəhrəman Ordunun şücaət simvolu,
Böyük Qayıdışın başlanğıc nöqtəsi, “Ağıllı şəhər” və regional mərkəz modeli, Türk dünyası həmrəyliyinin mühüm platformalarından biri kimi yadda qalır.
Beləliklə, 17 oktyabr – Füzuli şəhəri günü yalnız bir qələbənin qeyd edildiyi tarix deyil, həm də Azərbaycan dövlətçiliyinin, millətimizin əzminin, torpaq sevgisinin, strateji vizyonunun təcəssümüdür. 
Bu gün tarixi ədalətin bərpasını, Dövlətin iradəsini və gücünü, Ordumuzun qəhrəmanlığını, Milli-mənəvi dəyərlərimizin dirçəlişini, Böyük Qayıdışın real başlanğıcını, Qarabağın yeni inkişaf mərhələsini əks etdirir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see358

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see266

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see263

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see257

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see254

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see252

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see251

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see244

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see243

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see241

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see241

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see241

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see235

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see230

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see228

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see226

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see220

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see212

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see201

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri