Icma.az
close
up
RU
Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi

Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

17 oktyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm səhifələrdən biridir. Beş il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günləri yazdı. 17 oktyabr Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir.

44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu reallıq təsdiqlədi ki, düşmən torpaqlarımızı sülh danışıqları əsasında geri vermək niyyətində olmayıb. İşğal altında olan torpaqlarımızda qurulan möhkəm istehkamlar, Ermənisan silahlı qüvvələrinin silahlandırılması diqqətdən kənarda qalmadı. Azərbaycan Orducunun gücü, qüdrəti sayəsində bu istehkamlar dağıdıldı, hər gün əldə olunan qələbə Silahlı Qüvvələrimizin döyüş ruhunu artırdı, bir an belə geri çəkilməyərək Zəfər yürüşünü uğurla davam etdirdi.
Hər gün xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayonların, şəhərlərin, kəndlərin işğaldan azad olunması xalqımızda Qələbəyə olan inamı daha da möhkəmləndirirdi. Cəbrayıldan sonra Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Torpaqlarımızın azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.
İkinci Qarabağ müharibəsində ümumilikdə Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bu işlər sistemli və planlı şəkildə aparılır. Prezident İlham Əliyev ötən beş ildə Füzuli rayonuna 20-dən artıq səfər edib, görülən işlərlə tanış olub. Səfərlərin say tərkibinə, eyni zamanda, görülən işlərin xronologiyasına nəzər salsaq Füzuli rayonunun timsalında azad edilmiş bütün torpaqlarımızda görülən işlərin aydın mənzərəsini görərik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizə ilk səfəri də Füzuli və Cəbrayıl rayonlarına oldu. Azərbaycan Bayrağının ucaldılması, bunun ardınca rayonun bərpası və yenidən qurulması ilə bağlı işlərə start verilməsi xalqımızın sevincini daha da artırdı. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə başa çatan kimi dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə başladı. Bu, Azərbaycan xalqının necə qurucu xalq olduğunu, torpaqlarına qovuşmasının sevincini yaşadığını və qısa zamanda bu ərazilərə qayıdıb onlara əvvəlki nəfəsi vermək istəyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30 il müharibə şəraitində yaşasa da hər bir sahədə, xüsusilə iqtisadi sahədə atdığı addımlar və əldə etdiyi uğurlar postmünaqişə dövrünün mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə hazırlığın göstəricisidir. Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən, Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Qısa zamanda istifadəyə verilən Zəfər yolu hər kəsi Qarabağın tacı Şuşaya qovuşdurur. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see214

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see203

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri