Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Füzuli şəhərinin azadlığı tariximizin qürur səhifəsi

Füzuli şəhərinin azadlığı tariximizin qürur səhifəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan tarixinin ən şanlı günlərindən biri – 2020-ci il oktyabrın 17-si xalqımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini 27 illik işğaldan azad etdi. Bu qələbə təkcə bir şəhərin deyil, bütövlükdə xalqın milli qürurunun və əzminin təntənəsi idi. Füzulinin azad olunması Vətən müharibəsində strateji dönüş nöqtəsi hesab olunur, çünki bu uğurdan sonra Zəngilan, Qubadlı və Şuşaya aparan yol açıldı.

İşğal dövründə Füzuli şəhəri tamamilə yerlə-yeksan edilmiş, yaşayış binaları, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları dağıdılmışdı. Bu, erməni vandalizminin, qeyri-insani davranışının açıq sübutu idi. Lakin Füzuli xalqın yaddaşında daim yaşadı, onun ruhu sönmədi.

Azadlıqdan dərhal sonra Prezident İlham Əliyev Füzuli rayonuna səfər etdi və burada yenidənqurma işlərinin əsasını qoydu. Füzuli Beynəlxalq Hava Limanı, “Zəfər Yolu”, yeni şəhər planı, müasir məktəblər, tibb mərkəzləri, parklar və yaşayış massivləri qısa müddətdə inşa edildi. Bu sürətli inkişaf, dövlətin Qarabağa münasibətinin ən bariz göstəricisidir.

Bu gün Füzuli həm qəhrəmanlıq, həm də dirçəlişin simvoludur. O, müasir, ekoloji təmiz və ağıllı şəhər konsepsiyası ilə Azərbaycanın gələcək inkişaf modelinə çevrilib. Füzulinin azadlığı xalqın birliyini, dövlətin gücünü və Prezident İlham Əliyevin liderliyinin sarsılmazlığını bir daha sübut etdi.

Füzuli şəhərinin azad olunması Azərbaycan xalqının iradəsinin, əzminin və dövlətçilik ruhunun parlaq təzahürüdür. 17 oktyabr artıq təkcə bir tarixi hadisənin deyil, həm də milli oyanışın, qalibiyyətin simvoluna çevrilib. Bu torpaqların hər qarışında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin qanı, xalqımızın duaları yaşayır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə həyata keçirilən bərpa layihələri şəhəri qısa zamanda Qarabağın ən müasir yaşayış mərkəzinə çevirib. Burada salınan parklar, məktəblər, mədəniyyət sarayları, yaşayış binaları və kommunikasiya xətləri dövlətin və xalqın birgə iradəsinin bariz nümunəsidir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, kənd təsərrüfatı layihələrinin icrası şəhərin iqtisadi həyatını canlandırıb.

Eyni zamanda, Füzulinin bərpası Azərbaycanın gələcək nəsillərinə milli birliyimizin gücünü göstərir. Bu gün burada həyat bərpa olunur, uşaqlar məktəbə gedir, ailələr evlərinə qayıdır. Şəhərin baş planına uyğun olaraq yaşıl enerji və “ağıllı şəhər” prinsipləri tətbiq edilir.

Füzuli azadlığın, quruculuğun və milli həmrəyliyin mərkəzinə çevrilib. Bu gün onun simasında biz qalib Azərbaycanın gələcəyini görürük. Füzuli dirçəlir, inkişaf edir və bir daha sübut edir ki, bu torpaqların sahibi yalnız Azərbaycan xalqıdır.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri