Icma.az
close
up
RU
Füzuli şəhərinin işğaldan azad olunması 44 günlük müharibədə əldə etdiyimiz zəfərdə xüsusi rol oynadı

Füzuli şəhərinin işğaldan azad olunması 44 günlük müharibədə əldə etdiyimiz zəfərdə xüsusi rol oynadı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

5 il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Vüqar Bayramov

Füzulili kimi, Füzuli torpağını necə təsvir edərdiniz?

- Füzuli strateji əhəmiyyətə malik olan rayonlarımızdandır. Füzuli şəhərinin işğaldan azad olunması 44 günlük müharibədə əldə etdiyimiz zəfərdə xüsusi rol oynadı. Çünki Füzuli şəhərinin işğaldan azad olunması artıq növbəti mərhələdə digər yaşayış məntəqələrimizin şanlı ordumuz tərəfindən işğaldan azad edilməsinə təkan verdi. Cənab Prezident də, məhz Füzuli şəhərinin işğaldan azad olunmasını "Zəfər"in başlanğıcı olaraq qiymətləndirib. Bu da ondan xəbər verir ki, Füzulinin strateji əhəmiyyəti müharibədə həlledici faktorlardan biridir.

Müharibədən öncə, müharibə vaxtı və hal-hazırda Füzulidə gedən proseslər barədə nə deyə bilərsiniz?

- Təbii ki, Füzuli bütövlükdə həm uzun müddət keçmiş təmas xəttində yerləşən rayonumuz olub. Baxmayaraq ki, Füzuli rayonu 27 il keçmiş təmas xəttində olub, buna rəğmən Füzuli sakinləri 1 gün belə öz yaşadıqları əraziləri tərk etmədilər. Hətta Füzulinin təmas xəttində yerləşən kəndi var idi ki, onun bir hissəsi işğalda idi və digər hissəsi həmin dövrdə məskunlaşmışdı. Bizim sakinlərimiz həmin kənddə 27 il keçmiş təmas xəttində erməni ordusu ilə üz-üzə yaşadılar və bir gün zəfərin gələcəyinə inandılar. Artıq biz Füzulinin şəhər gününü qeyd edirik. Füzuli artıq bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Hal-hazırda 3500-ə yaxın Füzuli sakini Füzuli şəhərində məskunlaşıb. Eyni zamanda digər yaşayış məntəqələrinin, o cümlədən məhz Dədəli, Pirəhmədli, Dövlətyarlı və digər kəndlərin bərpa və yenidənqurma mərhələsi istiqamətində işlər davam edir. İşğal müddətində Füzuli şəhərinə dəyən ziyan 4 milyard manatdan çox idi. Nəzərə alsaq ki, Füzuli eyni zamanda Azərbaycanda ən çox şəhidi olan rayonlardandır. Füzuli sakinləri məhz savaşda, təmas xəttində yaşadıqları dövrdə qəhrəmanlıqlarını nümayiş etdiriblər.

Füzulinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Cənab Prezidentin rəhbərliyi ilə Füzuli rayonu intensiv şəkildə bərpa edilir. Füzuli Qarabağın nəqiyyat və logistik qovşağına çevrilməkdədir. Çünki bir tərəfdən Şuşa və Xankəndiyə gedən avtomobil yolu Füzulidən keçir, digər tərəfdən Zəngəzur dəhlizinə Füzuli rayonundan yol gedir. Yəni həm Şuşaya, həm də Naxçıvana gedən yollar Füzulidən başlayır.

Füzulinin iqtisadi potensialı kifayət qədər böyükdür. Çünki bu rayonun həm aqrar, həm sənaye, həm turizm potensialı var. Xammal bazası imkan verir ki, sənayenin bir sıra məhsullarını istehsal etmək mümkün olsun. Aqrar sektorda hər zaman üstünlüyə malikdir, çünki keçmiş sovet dövründə də Füzuli Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalına görə seçilən rayonlarımızdan olub.

Biz artıq Füzuliyə sərmayələrin cəlb edilməsini müşahidə edirik. Füzuli inkişaf edir, böyüyür, məskunlaşır. Bu ilin sonunda Füzuli şəhərində yeni yaşayış binalarının tikintisinə başlanılacaq. Kəndlərin bərpası davam etdirilir. Bu da ondan xəbər verir ki, 2026-cı il və növbəti illərdə Füzuli rayonunun işğaldan azad olunmuş yaşayış məntəqələrində intensiv məskunlaşmanı müşahidə edəcəyik.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri