Icma.az
close
up
RU
Füzuli sözü ən uca poeziya göy üzü Fərid Hüseyn

Füzuli sözü ən uca poeziya göy üzü Fərid Hüseyn

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Fərid Hüseynin "Füzuli sözü – ən uca poeziya göy üzü" yazısını təqdim edir.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin “Füzulinamə” adlı yeni kitabı çap olunub. 304 səhifəlik kitabda F.Hüseynin əbədiyaşar söz ustadı Məhəmməd Füzulinin “Leyli və Məcnun”, “Səhhət və Mərəz”, “Yeddi cam”, “Fəzliyə nəsihət”, “Ənüsül-qəlb” əsərləri, o cümlədən dahi ədibin Adəm, İsa, Yusif ,Məhəmməd peyğəmbərlər, həmçinin dahi şairin cənnət və cəhənnəm və güzgülər xüsusundakı qəzəlləri barədə esseləri toplanmışdır. Nəşrin redaktorları Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektorunun müdiri, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev, mərhum alim, filologiya elmləri doktoru Nəzəakət Məmmədli, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, gənc şair, şeirşünas Seyyid Əsridir.

Kitaba Əməkdar İncəsənət xadimi, görkəmli şair Vaqif Bayatlı Odər Ön söz yazmışdır. Həmin yazını təqdim edirik:


Füzuli sözü – ən uca poeziya göy üzü

Çap olunan şeirlərin ço­xu (söhbət əsl şeirlərdən gedir) gör­dü­yümüz dünyanın, Füzuli isə görünməyən və heç vaxt adi adamın duya bilməyəcəyi torpağın, göy üzünün şeiri, dövləti, xəritəsidir.

...Okeanın bilinməz, sirli bir yerindəki ada ilə Böyük torpağın əlaqəsi necə kəsilərsə, Füzuli şeirinin torpağıyla da dünyamızın əlaqəsi eləcə kəsilən kimidir. Füzuli dövründə yaşayan adamların, ağacların, çiçəklərin bir də təzədən eyni vaxtda dünyaya qayıtmaları mümkün olmadığı kimi. Füzuli şeiri bütün şairlərdən, şeirlərdən, dərdlərdən, sevgilərdən, ayrılıqlardan eyni anda keçib gedən və zaman durduqca keçib gedəcək uca bəxtli İlahi ruhdur.
Şəxsən mən özümü qaranlıq bir hücrədə diz çökən, Füzulinin gözə görünmədən nə zamansa buradan nur kimi gəlib keçməyi ilə hücrədəki şamların öz-özünə alışacağına inanan xəyalpərəst, solğun bir uşaq kimi təsəvvür eləyirəm və illərlə əlimdə gözəgörünməz şam onu gözləyirəm, gözləyirəm...

***

Füzuli “Leyli və Məcnun”u məhəbbət mövzusunda, eşqli qəm haqqında yazıb. Dünyanın çox şeyini əhatə eləyib. “Leyli və Məcnun” dünyanın balaca, ancaq ən uca modelidir. Dünyanın özündən də çox-çox böyük. Füzuli istəsəydi, Leylini Məcnuna ala bilərdi. Amma Füzuli Allahın göndərdiyi gözəl sevginin göyüzündə idi. Tamamilə o gözəl nurun içində olan şair bilirdi ki, Məcnunu Leyli ilə sözlərin içində qovuşan bir sevgidə yox, Allahın ətəyində qovuşdurmaq daha gözəldir. Əslində, Leyli ilə Məcnun bir-birinə qovuşublar. Yəni onların fiziki qovuşması Allahın qarşısında şairin məğlubiyyəti olardı. Çünki sevmək sevginin yarısıdır, tam sevgi deyil. Hətta Leylinin Məcnuna sevgisi də tam sevgi deyil. Çünki o sevgini Füzuli elə yazıb ki, bizə dünyanı və sevgini sevdirsin. Beləcə, “Leyli və Məc­nun”u oxuyan hər bir gəncin ürəyində sevgi hissi yaranır və bu hiss onu ucaldır.

***

Məncə, Füzulini dərk edən kəs heç vaxt cinayət törətməz. İndi dünyada insanların çoxu mənəvi cəhətdən acdır, zənnimcə, dünyanı əbədi “tox” saxlamağa təkcə Füzuli sözü bəs eləyər.

Bəzən də deyirlər ki, Füzulinin vətəni haradır? Füzulinin vətəni haqqında danışmaq göy üzünün vətəni haqqında danışmaq kimi bir şeydir. Əslində, Füzulinin özü vətəndir, biz şairlər hamımız onun vətənindəyik. Çünki o bizə ən çox yaxınlaşan, yaraşan, bizi sevən bir dahi vətəndir.

İnsanın ruhu güclü olduqda ona heç kəsin gücü çatmaz. Tək bir insan bütün dünyaya qarşı dayana bilər. Görürsünüzmü, Füzulinin qanadlarına neçə yüz ildən çoxdur heç kəs toxuna bilmir. Lap istəyirsən, Amerika ordusu, ya NATO, ya bir neçə qitə gəlsin.

Füzulinin mənə ləzzət eləyən şeirlərinin ən kədərli yerində gülürəm. Məncə, ən dəhşətli uca kədər də dahi sevinc yaradır. Mən də İlahi gözəlliyi görəndə gülürəm, sevinirəm. Füzuli mənim üçün dünya poeziyasının qızıl ortasıdır, ekvator xəttidir, ən uca tacı, paytaxtıdır. O, poeziyanın həm keçmişində, həm də gələcəyində dayanır.

Onun şeirlərində sözlərin hamısı əbədiyyət üçün seçilib və o sözlər bir-birinin yanında əbədiyyəttək dayanıb. Mənim üçün dünyada ən gözəl düzülüş, duruş gözəl sözlərin bir-birinin yanında dayanmasıdır, yəni Füzuli poeziyasıdır.

Bütün insanlar tənhadı. Füzuli isə dahi tənhadı. Fikir verin, dünya ədəbiyyatını yeni istiqamətə yönəldən Füzuli və Servantes orta əsrlərdə eyni vaxtda yaşayıb-yaratmışdı. Füzulinin dünyasını dəyişdiyi ildə, qəribədir, həmin il papalıq tarixində ilk dəfə olaraq Roma papası öz səlahiyyətlərini davam etdirməkdən imtina etmiş və başqa formada Füzulinin həyatına bənzər bir həyat yaşamaq, əslində, Füzulini ruhi cəhətdən davam etdirmək istəmişdi və buna ən azı can atmışdı. Bu, orta yüzilliklər katolik dünyasının ən böyük sensasiyası, Allahın “şeiri” idi. Roma papası, çox güman ki, Füzulini heç tanımırdı. Ancaq İlahi sevgi içindən baxanda bu iki hadisənin – iki uçuşun bir-birinə nə qədər yaxın və nə qədər bir-birinin davamı olduğu aydın görünür, bu işdə İlahinin qələminin təsiri var.

Bəzən şairlər sonrakı nəsillər haqqında “füzulilər” sözünü işlədirlər, mən bu sözün əleyhinəyəm. Füzuli o qədər nəhəngdir ki, onun adına cəm şəkilçisi qoşula bilməz, çünki təkrarı olan nəsnələri cəm göstərmək olar. Füzuli isə təkrarsızdır, təkrar olunmaz Göy üzüdür.
Gənc dostum, şair Fərid Hüseyn “Füzulinamə” kitabını yeddi ilə yazıb. Bu, Füzulinin bütün yaradıcılığını əhatə edən araşdırma – dərk kitabıdır. Fəridin uzun illərin zəhməti hesabına qələmə aldığı bu dəyərli kitabını Füzulinin şeirləri ilə bağlı dərin mənaları bizə qaytardığı üçün çox yüksək qiymətləndirirəm.

İllər əvvəl müsahibələrimin birində demişdim ki, bəzi şairlər orden, medal, nə gəldi alıb ac ruhlarını doyuzdurmaq istəyirlər. Onlar ancaq dünyadan nəsə almağa, qopartmağa çalışırlar. Çox az şair isə dünyaya ancaq nəsə vermək haqqında düşünür. Dünyaya nəsə vermək üçün gərək mənəvi gücün ola. Fərid Hüseyn də dünyaya Füzulinin əsərlərindəki mənaları tapıb ərməğan edən çox dəyərli bir söz adamıdır. Füzulinin əsərlərində o qədər dərin mənalar var ki, onlara çatanda oxucunun ruhu da dahiləşir. Fəridin “Füzulinamə”si ruhumuzu dahiləşdirən mənalara aparan ruh bələdçisidir.
Bu Ön sözü bir daha Füzuli şeirini dərk etməklə bağlı bu sözlərimlə bitirirəm:

Üç dildə yazmış Məhəmməd Füzuli –
o, bütün dünyanın Poeziya Peyğəmbəri,
həm də uca Poeziya dövləti,
Poeziya milləti,
Poeziya heyrəti...

Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Aprel 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri