Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Kor güzgülər Fərid Hüseyn yazır

Kor güzgülər Fərid Hüseyn yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fərid HÜSEYN

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin "Füzulinamə" adlı yeni kitabı çap olunub. 304 səhifəlik kitabda F.Hüseynin əbədiyaşar söz ustadı Məhəmməd Füzulinin "Leyli və Məcnun", "Səhhət və Mərəz", "Yeddi cam", "Fəzliyə nəsihət", "Ənüsül-qəlb" əsərləri, o cümlədən dahi ədibin Adəm, İsa, Yusif, Məhəmməd peyğəmbərlər, həmçinin dahi şairin cənnət və cəhənnəm və güzgülər xüsusundakı qəzəlləri barədə esseləri toplanıb. Nəşrin redaktorları Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor  Ataəmi Mirzəyev, mərhum alim, filologiya elmləri doktoru Nəzəakət Məmmədli, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, gənc şair, şeirşünas Seyyid Əsridir. Kitaba Əməkdar incəsənət xadimi, görkəmli şair Vaqif Bayatlı Odər ön söz yazıb.

Kitabdakı esselərdən birini oxuculara təqdim edirik.

Məhəmməd Füzulinin qəzəllərində güzgü anlayışı son dərəcə mürəkkəb və məna yükü ilə zəngin bir simvoldur. Dahi şair güzgünün fəlsəfəsini fərqli mənalarda ustalıqla açır və güzgünün özünə  bəzən onun göstərdiklərindən daha ali mənalar yükləyir.

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş

Qübari-tirədən ayineyi-giytinüma sana.

Allahın qüdrəti bizə hikmətini anladır, O, qara torpaqdan güzgü düzəldir. Qara torpaq hər kəsin aqibətinin güzgüsüdür. Bu dünyada bütün güzgülər insana indisini göstərir, qara torpaqsa gələcəyini, xəyalları isə keçmişini. İnsan daim bu üç güzgü arasında yaşayır. Və hər kəs bu üç güzgüdən birində özünü mütləq itirir. Aqil insan torpaq güzgüsündə özünü görəndir. Xarabalıqlar dünyanın güzgüsüdür, qəbirlər insanların. Ancaq həyat eşqi insanın gözünü bu güzgülərdən yayındırır, qəbirlərə baxıb bədənimizin bir torba sümük, evlərə baxıb imarətlərimizin iri xarabalar olacağını düşünsək, onda könül aynamız təmizlənər və naqis əməllərdən çəkinərik. İnsan dünyaya bağlandıqca, ona baxmaqdan doymadıqca könül aynasının yerini itirir. Ona görə də dünyada ən bədbəxt adamlar içinə baxıb özünü görməyənlər, özündə özünü tapmayanlar, öz-özü ilə yetinməyənlərdir. Tərki-dünyalıq, əslində, özü ilə yetinmək fəlsəfəsinin parlaq nəticəsidir. İnsan dünyaya bağlandıqca daha çox adama möhtac olur, bu asılılıqlar artdıqca cahandan heç vəchlə ayrıla bilmir. Şah əhatəsindəki min naib-nökərdən asılıdır, nökər isə bircə şahdan, tərki-dünya isə Allahdan.

Dəmadəm əks alır mir'ati-aləm qəhrü lütfündən,

Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.

Dünya güzgüsündə Allahın lütfləri əks olunub. Yaradanın lütfü isə onun həm qəzəbidir, həm də mərhəməti. Ayna ya kirli olar, ya da təmiz. Onun təmizliyi hər eybi göstərər, çirkliliyi hər naqislikləri aşkara çıxarar. Ona görə də dünya aynasının çirkliliyindən qorxmaq, təmizliyindən sevinmək lazım deyil. Kirli güzgüdə də, təmiz aynada da insan özünü, mənini görməlidir. Allahın ən böyük lütfü budur. Yaradanın səfa bəxşişi olduğu kimi, qəhr bəxşişi də yox deyil. Dünya güzgüsündə insan dünyanı yox, özünü tapmalıdır. Dünyanın hamısını göstərən güzgü yoxdur, insanın içidir dünyanın həqiqi aynası. Ona görə insan kiçik aynada özünü tapmalıdır ki, sonra onun içindəki böyük aynaya - daxili dünyasına sığa bilsin.

Cam içrə mey ki, dairə salmış hübab ona,

Ayinədir ki, əks salır afitab ona.

Şərab olan piyalədə köpüklər dairə şəklindədir, şərabın güzgüsündə isə günəş əks olunur. Ruh fiziki varlıq deyil, o, bədənə sığır, necə ki günəş piyaləyə yerləşir. Allah çoxu aza sığışdırmaq qüdrətindədir. Bu qüdrətin mənası ölçüləri şərtiləşdirməkdən keçir. Əgər bütün ölçülər bir-birinə nisbətdə olmasaydı, onda dünyadakı güclər mütləq olardı. Çox aza sığmaqla bu şərtiliyi şərtləndirir. Bu nisbətlər Allahdan başqa hər şeyə aid edilə bilər. Nağıllarda kiminsə həyatının kiminsə yuxusu olması da zaman kontekstində zamanın şərtiliyini bildirmək üçündür. Bizim ömrümüz kiminsə yuxusu, yaxud kiminsə yuxusu bir başqasının ömrü ola bilər. Bizim uzun ömrümüz dağların yaranması yanında heç nədir, dağların ömrü vulkan laylarının... Yaxud da, bəlkə, hansısa qədim vulkanın ömrü hansısa kəpənəyin yuxusu qədərdir. Bu şərtiliklər Allahın mütləqliyinə, yerdə qalan yaranışların qeyri-mütləqliyinə dəlalət edir, dünya isə bütün bunların fonu - güzgüsüdür.

Yüzünə durmasın ayinə urub lafi-səfa,

Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.

Ayna saf olsa da, o, sevgilinin çöhrəsi ilə qarşı-qarşıya dayanmasın, axı Ay ilə Günəş bəhsə girə bilməz. Hər kəs öz üstünlüyü ilə öz rəqibini yaradır. Kim nədə ustadırsa, özünün o sahədə rəqibini formalaşdırır, düşmənini formalaşdırır. Gözəlin rəqibi gözəllikdir, alimin rəqibi elmdir, ona görə hər kəs öz yaratdığına, bir növ məğlubdur. Ayna safdır, düz göstərəndir, ancaq o özü özünü görmür. İnsanda da belədir, onda var olan həm də onda qeybdir. Gözəllik gözəldə qeyb olur, elm alimdə, dünya güzgüdə. Hər kəs əldə etdiklərini özündə qərq edir.

Yeridir əksinə ayinə dəmir bənd ursa,

Nə üçün qarşı durur sən kimi bihəmtayə.

Aynaya dəmir bənd vursalar, yaxşıdır, çünki o, gözəlin gözəlliyi ilə üz-üzə dayanır. Aynanın kənarları, adətən, dəmir haşiyəyə salınır. Əgər belə olmasa, gözəl ona baxandan sonra o da gözəlin ardınca gedər, dəmir isə onu qoymur özündən qopmağa, gözəllik ardınca yollanmağa. Bu dünyada hər kəsin içində bir mənəviyyat dəmirbəndi olmalıdır ki, o, hər gözəlliyin ardınca getməsin. Güzgü gözəl ilə üzbəüz dayanır, ancaq o, gözəl ilə həmtay ola bilməz. Ayna bədənsizdir, amma ruhsuz deyil, əgər ayna gözəlliklə qarşı-qarşıya dayanıbsa, deməli, daha onun ruhu yoxdur, o, cismaniləşib. Aynanın ruhi üstünlüyü gördüklərini özündə  əritmək qüdrətindədir.

Afərin, ey cam, kim, sildin könül aynəsin,

Xatiri-pakimdə dünyanın məlalı qalmadı.

Eşq şərabı könül güzgüsünü təmizləyir və saf ürəkdə dünyanın qəmi qalmır. İnsan eşq şərabı içib qəmə qərq olur, qəmi könüldən qəm yuyur. İnsan öz həqiqi eşqinin gücünü anlayandan sonra başqa dərdləri onun gözündən düşür, eşqin gözündə həqiqət isə ucalır. Ona görə də bu ucalıqdan baxanda kir-pas insanın gözünə görünmür. İnsan özü ilə üzbəüz dayananda öz eyiblərini görür, insan özündən ucada dayananda isə eyiblərinin də fövqünə qalxmış olur. Dünyəvi eşq insanı özü ilə üz-üzə qoyur, İlahi eşq isə özündən ucada özü ilə görüşdürür. İnsanın özü ilə bu sayaq ədavəti bitəndə qəlbi təmizlənir, eşq isə insanın özü ilə davasına son qoymaq üçündür.

Əks salmaz peykərim güzgüyə baxsam, zəfdən,

Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi.

Güzgüyə baxsam, əksim görünməz, surət aləmində mənim kimi bir sevən tapılmaz. Füzuliyə görə, güzgü olanları göstərir, bu, adi güzgünün işidir, İlahinin güzgüsündəsə ancaq öz fiziki mahiyyətindən keçənlərin əksi görünür. Biz bu dünyadakı varlığımızı böyütdükcə, o biri dünyada itirik. Sevən sevdiyinin eşqi ilə yox olmalıdır, sevilən isə Haqqı təmsil etməlidir ki, o, sevənin yoxluğunu bütün əzəməti ilə görə bilsin. İndi dünyəvi eşqlər nankorluqlarla müşayiət edilir, çünki sevilən haqq olmayanda sevənin eşqini gözündə kiçildir, yaxud onu görməzdən gəlir. Ancaq Allah - ən çox sevilən, ən çox haqq verəndir, ona görə də onun üçün yox olmaq ən möhtəşəm, əzəmətli varolma deməkdir. Biz hansı güzgüdə yoxa çıxırıqsa, bizi göstərən ən böyük güzgü də elə odur.                                         

Ayinə sevər candan rüxsareyi-canani,

Bir qayətə yetmiş kim, ayrılsa, çıxar cani.       

Ayna cananın üzünü candan sevir, əgər aynada görünən aynadan ayrılsa, onun canı çıxar. Elə şeylər var ki, onlar daim başqaları vasitəsilə var olurlar. İnsan güzgüdür, o güzgüdə Allah əks olunanda insan var olur. Əks təqdirdə, insan içiboş bir güzgüdür. Allah insanda var olanda insan da var olur, Allahın varlığının əksi insandan çəkiləndə insan da qeyb olur. İnsan günah işlədikcə baxdığı aynada ancaq özünü görür, insanın ancaq özünü görməsi isə eyniyyətdir. Eyniyyət fiziki yoxluq deməkdir elə...

Əksi-rüxsarın ilə oldu müzəyyən mirat,

Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.

Üzünün gözəlliyi ilə ayna gözəlləşdi, ölmüş bədənə baxışların can verdi. Allahın əksini güzgüdə görənlər öz canlarının da var olduğunun fərqində olurlar. Biz aynanı dərindən anlayanda kim tərəfindən yaradıldığımızı başa düşürük. Bu dərk bizi ölüdən diriyə çevirir. İnsan aynaya baxıb özünü Allahın nəzəri ilə görə biləndə, öz yaradılışının fərqində olanda məhz bu cür ölüdən diriyə çevrilir, əks təqdirdə isə o, sadəcə nəfəsi gedib-gələn bir ölüdür.

Lövhi-xatir surəti-cananə qıl ayinədar,

Onu yad et, hər nə kim yadındadır, ani unut!

Ürəyini bircə sevdiyinə - Allaha ayna elə, ondan başqa yaddaşında nə varsa, hamısını unut. İnsanın ürəyində çox şeylər əks olunur, ürəyimizdə nə qədər çox nəsnənin surəti canlanırsa, nəfsimiz o qədər artır. İnsan dünyaya öz aynasında daha çox şey görmək üçün deyil, daha çox şeyi silmək üçün gəlib. Ancaq insan aynadan o qədər şeyi silməlidir ki, sonda Allahın əksini görə bilsin. Nəfs insanı kor edir, kor aynaya baxıb nə görərsə, nəfskar insan da öz könlünə baxıb onu görür. Allah insanı təmiz, pak yaradır ki, bəndəsinin könül güzgüsündə güzgülənə bilsin. Ən gözəl insan könlündə İlahinin nurunun surəti olandır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri