Icma.az
close
up
RU
Füzuli uğrunda döyüşlər Azərbaycana strateji üstünlük qazandırdı

Füzuli uğrunda döyüşlər Azərbaycana strateji üstünlük qazandırdı

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"30 ilə yaxın müddət Füzuli şəhəri düşmən tapdağı altında qalıb. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb. Bu şəhərin işğaldan azad olunması bizim hərbi gücümüzün, peşakarlığımızın göstəricisidir. Çünki 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurub. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq”.

Bunu Missiya.Az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ancaq bütün dünya hərb sənətinə ordumuzun necə peşəkar şəkildə yiyələndiyinin, dövlətimizin gücünün, Ali Baş Komandanın həm siyasi, həm də hərbi sahədəki zəkasının bir daha şahidi olub:

"Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərindən olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verib. 44 günlük Vətən müharibəsi zamanı qısa vaxt ərzində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Biz artıq həmin dövrü geridə qoyub. 5 ildir ki, Qarabağımızda tikinti quruculuq işləri aparılıb. Bölgədə görülən işlər Cənab Prezidentin daim diqqətində olub. Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulub və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib".

V.İsgəndərov qeyd edib ki, rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib:

"Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilib. Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib. Bütün bu sadaladıqlarımız isə görülən işlərin bir hissəsidir. Sürətlə aparılan bərpa quruculuq işləri tezliklə Füzulidə də qaynar həyatın formalaşmasına imkan yaradacaq".

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see286

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see215

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see206

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see201

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see142

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see132

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see132

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see132

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see130

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri