Füzuli Məmmədov: “Doğma meydan “Neftçi” üçün üstünlük olacaq”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Düşünürəm ki, oyun “Dinamo Minsk”lə oyun “Neftçi” üçün çox rahat keçməsə də, Bakı təmsilçisi rəqibini üstələyəcək gücdədir”.
Bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.
O, paytaxt təmsilçisinin uzun fasilədən sonra avrokuboklarda meydana çıxacağını bildirib.
“Bu münasibətlə “Neftçi”ni təbrik edir, komandaya uğurlar arzulayıram. Üstün məqamlardan biri odur ki, “Neftçi” doğma azarkeşləri önündə oynayacaq. Düşünürəm ki, komanda həm futbolçu keyfiyyətinə, həm də məşqçi işinə görə “Dinamo Minsk”dən üstündür”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.
Füzuli Məmmədov Belarus təmsilçisini zəif qiymətləndirməyin düzgün olmadığını vurğulayıb:
“Rəqibin heyətinə nəzər yetirmişəm. Əsasən gənc futbolçulardan ibarət, mübariz və döyüşkən komandadır. Bununla belə, bu mərhələdə “Neftçi”nin üstün tərəf olacağını düşünürəm. Bir daha komandaya uğurlar arzulayıram”.
Qeyd edək ki, “Neftçi” - “Dinamo” qarşılaşması bu gün Bakı vaxtilə saat 20:00-da keçiriləcək.
Xatırladaq ki, Füzuli Məmmədov hazırda “Şahdağ Qusar” futbol klubunun baş məşqçisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















