Icma.az
close
up
RU
Füzuli yeni həyat fəlsəfəsinin rəmzidir

Füzuli yeni həyat fəlsəfəsinin rəmzidir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan, “Qarabağın Şərq qapısı” adlanan qədim Azərbaycan torpağı Füzuli həm təbii-coğrafi mövqeyinə və həm də mühüm kommunikasiya yolları üzərində yerləşməsinə görə strateji əhəmiyyətə malikdir.

Tarixi mənbələrə əsasən, bu ərazidə 1827-ci ildə şəhərsalma proseslərinin əsası qoyulmuş, 1959-cu ildə isə böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin adı əraziyə verilmişdir. Füzuli şəhəri və onun ətrafı təkcə iqtisadi potensialı və coğrafi mövqeyi ilə deyil, həm də zəngin mədəni irsi, dini-memarlıq abidələri və tarixi yaddaşı ilə seçilir. XIII–XIV əsrlərə aid Şeyx Babi Yaqub və Mirəli türbələri, eləcə də XIX əsrin memarlıq nümunələri bu bölgənin Azərbaycan mədəniyyətinin, mənəvi dəyərlərinin və dövlətçilik tarixinin ayrılmaz parçası olduğunu təsdiqləyir.

Qədim türk yurdu olan bu diyar əsrlər boyu mədəniyyətin, əməksevərliyin və qəhrəmanlığın beşiyi kimi tanınıb. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli işğal ediləndə rayonun tarixi abidələri, mədəniyyət ocaqları və təbiət inciləri vandalizmə məruz qaldı. 62 kənd viran qoyuldu, 150 minə yaxın dinc sakin məcburi köçkünə çevrildi.

Erməni işğalçılarının məqsədi yalnız ərazini zəbt etmək deyildi. Onların niyyəti bu torpaqlarda Azərbaycan varlığını tamamilə silmək idi. Lakin 1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi azad edildi. Bu hadisə həm milli ordumuzun güclənməsinin, həm də gələcək Zəfərin təməl daşının qoyulmasının göstəricisi idi. Füzulidən didərgin düşən insanlar illərlə doğma yurd həsrəti ilə yaşadılar, lakin heç vaxt ümidlərini itirmədilər.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın taleyində dönüş nöqtəsinə çevrildi. Ermənistan ordusunun illərlə qurduğu istehkamlar Azərbaycan əsgərinin iradəsinə, peşəkarlığına və Vətən sevgisinə tab gətirə bilmədi. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini və onun 62 kəndini işğaldan azad etdi. Bu qələbə yalnız bir ərazinin azad olunması deyildi – bu, millətin mənəvi azadlığının, tarixi ədalətin və milli qürurun bərpası idi. Füzuli uğrunda döyüşlər həm strateji, həm də simvolik baxımdan Vətən müharibəsinin əsas mərhələsini təşkil etdi. Buradan başlanan Zəfər yolu Şuşaya, oradan isə bütün Qarabağa uzandı.

Füzulinin azad olunmasından dərhal sonra dövlət səviyyəsində genişmiqyaslı bərpa və quruculuq siyasəti həyata keçirilməyə başlandı. 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə Zəfər Yolunun təməli qoyuldu, qısa müddət sonra Füzuli şəhərinin Baş Planı təsdiqləndi. Cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın iqtisadi potensialını, siyasi iradəsini və dövlətçilik fəlsəfəsini dünyaya nümayiş etdirdi. Bu gün “Qarabağın hava qapısı” adlanan Füzuli artıq modern şəhərsalma laboratoriyasına çevrilib. Burada ağıllı idarəetmə sistemləri tətbiq olunur, ekoloji dayanıqlı tikililər ucaldılır, sosial infrastruktur formalaşır.

Rayonun sosial-iqtisadi və mədəni inkişafı da eyni dinamika ilə davam edir. Füzuli–Şuşa və Füzuli–Ağdam avtomobil yolları, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzi, “Azərişıq” və “AzərEnerji”nin müasir infrastrukturları, eləcə də Özbəkistanın Mirzə Uluqbəy məktəbi və Qazaxıstanın Kurmanqazı Mərkəzi bu diyarın təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mənəvi mərkəzə çevrildiyini göstərir. Hər bir layihə türk dünyasının birliyini, qardaşlığını və ortaq mədəni dəyərlərini möhkəmləndirən missiya daşıyır.

Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi şəhərsalma siyasəti artıq beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzurda icra olunan yenidənqurma strategiyası BMT-nin Məskunlaşma Proqramı tərəfindən mütərəqqi təcrübə kimi dəyərləndirilir. Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu və 2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu məhz bu etimadın bariz göstəricisidir.

Füzuli şəhərinin bərpası həm siyasi, həm də strateji mənada Azərbaycanın yeni inkişaf fəlsəfəsinin ifadəsinə çevrilib. Dövlətin məqsədyönlü siyasəti nəticəsində region yalnız siyasi deyil, həm də iqtisadi və sosial canlanmanın mərkəzinə çevrilib. Burada həyata keçirilən layihələr milli potensialın səfərbərliyini, idarəetmənin effektivliyini və uzunmüddətli planlaşdırma mədəniyyətini əks etdirir.

Beləliklə, Füzuli şəhəri bu gün Azərbaycan dövlətçiliyinin yenilənmiş güc modelinin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzidir. Onun azad olunması və yenidən qurulması həm Azərbaycan xalqının əzmini, həm də dövlətin strateji düşüncə qabiliyyətini nümayiş etdirir.

17 oktyabr — Füzuli şəhəri günü artıq xalqımızın milli yaddaşında sadəcə bir tarix deyil, bu gün müasir Azərbaycanın dövlətçilik gücünün, milli həmrəyliyinin və tarixi ədalət üzərində qurulan yeni həyat fəlsəfəsinin, gələcəyə inamının rəmzidir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri