Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Füzuli Kərküklüdür!

Füzuli Kərküklüdür!

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Dr. Şəmsəddin Kuzəçi

Giriş

Türk dünyasının tanınmış və şöhrəti sərhədləri aşan şairi “Məhəmməd Süleyman Füzuli Əl-Bağdadi”nin doğumunun 530-cu ildönümündə qələmə alınan məqaləni belə adlandırmaq, şübhəsiz, bəzi tədqiqatçı, yazıçı və Füzulişünasların ağıllarında suallar yaradacaq, əzbərlərini pozacaqdır. Bu nüans ağlımdan keçmədi desəm, yalan olar. Çox düşündüm, götür-qoy etdim, qeydlərimə bir daha baxdım. Diqqətli, ciddi və obyektiv olmaq üçün çox çalışdım, səy göstərdim. Bunu etiraf etmək başlıca prinsiplərimdən biridir.

Bir çox tədqiqatçı və elm adamı Füzulinin doğum yeri ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər. Bəzi tədqiqatçılar şairin Azərbaycanda doğulduğunu, bəziləri isə qətiyyətlə İraqın Hillə və ya Bağdad şəhərində dünyaya gəldiyini deyirlər. 5 yaşından bəri Füzulinin şeirləri ilə böyüyüən, bütün divanlarını əzbər bilən, qəzəllərini sanki bir cəsədin yarılması kimi təhlil edən Kərkükün mili şairi Əta Tərzibaşı isə, tədqiqatlarından əldə etdiyi nəticəyə əsasən, Füzulinin Kərkükdə dünyaya gəldiyini bildirir.

İraq Türkman mətbuat orqanlarında Əta Tərzibaşı, Xıdır Lütfi, Rəşid Akif Hörmüzlü, Mehmed Sadiq, Əbdüllətif Bəndəroğlu, Mehmed Xurşid Dakuqlu, Əbdüləziz Səmin Bayatlı, Mehmed Mehdi Bayat, Çoban Xıdır Uluxan kimi Türkman yazıçılarının Füzuli haqqında məqalə və tədqiqatlarını oxumaq mümkündür. Belə məqalələrin çoxunda Füzulinin İraq torpaqlarında dünyaya gəldiyi, 5-6 yaşına qədər atası ilə Kərkük Qalasında yaşadığı, evinə 15 metr məsafədə adını daşıyan bir məscidin olduğu və şeirlərində istifadə etdiyi bəzi sözlərin Kərkük dialektinə məxsus olduğu vurğulanır.

Əta Tərzibaşının Füzulinin Doğum Yeri Haqqında Qeydləri

Əta Tərzibaşının kiçik yaşlarından etibarən Füzuli pərəstişkarı olduğu şübhəsizdir. İlk dəfə məhəllə mədrəsəsində təhsil alarkən onun qəzəlləri ilə tanış olmuş, ətraflı təhlil nəticəsində Füzulinin Kərkükdə dünyaya gəldiyi faktını elm aləminə təqdim etmişdir. Əta Tərzibaşının Füzuli haqqında qələmə aldığı 18 məqaləsi Necad Kövsər tərəfindən bir kitabda toplanıb. Bu məqalələr “Füzulinin doğum yeri”, “Füzulinin ərəb dilində qəsidələri-1”, “Füzulinin ərəb dilində qəsidələri-2”, “Füzulinin Mətlə ül-Etiqadı”, “Füzulidə qapalı mənalar-1”, “Füzulidə qapalı mənalar-2”, “Füzulidə qapalı mənalar-3”, “Füzulinin nəşr olunmayan bir Lüğəzi”, “Füzulinin doğum yeri haqqında yeni məlumatlar”, “Füzulinin nəşr olunmayan bir Müləmməsi-1”, “Füzulinin “İcmali Eşq”i və Kərkükdə edilən tərcüməsi”, “Füzulinin bir qəzəliylə bağlı həsb-hal”, “Ay tutulması hadisəsi və Füzulinin bir beyti”, “Füzulinin iki qəzəlinin Tərlan tərəfindən şərhində səhvlər”, “Füzuli ilə Qanuninin mühəvvərəsi”, “Füzulinin mənqəbəvi həyatından bir nəbzə”, “Ədəbiyyatımızda müvəşşəh şeir”, ”Füzulinin doğum tarixini əks etdirən bir mənzumə” adlanır.

Necad Kövsərin Fikirləri

Füzuli Türk dünyası şairləri arasında haqqında ən çox danışılan və fikir bildirilən şairlərdən biridir. Türk dünyasının görkəmli divan şairləri haqqında tədqiqatlar və qələmə alınan kitablar bu qədər az olduğu halda, Füzuli ilə bağlı sayı gündən-günə artan cildlərlə kitab, məqalə və əsər işıq üzü görmüşdür. Türkiyə, Azərbaycan, İran və İraqda yaşayan türklər onu öz şairləri kimi qəbul edir, haqqında tədqiqat aparıb kitablar qələmə alırlar. Füzulinin şəxsiyyəti, doğum yeri və tarixi onunla bağlı ən çox sual doğuran və sirr pərdəsi arxasında qalan mövzulardandır.

Xıdır Lütfinin Füzuli Haqqında Tədqiqatları

Hər kəsin hörmətini qazanmış müstəsna və böyük şair Məhəmməd Füzuli Kərküklüdür. Kərkükdə doğulub boya-başa çatıb və təhsil alıb. Sonra ailəsi ilə birlikdə Bağdada, Hillə ətrafına köç edib. Kərbəlada vəfat edib. Kitablarda belə bir məlumat olmasa da, əcdadlarımızdan gələn söz-söhbətlərə, Divanda işlənən və sırf Kərkük dialektinə məxsus sözlərə, əsasən, bir Kərküklü olaraq deyə bilərik ki, Füzuli Kərküklüdür. İraq Türklərinin milli fəlsəfəsinin təmsilcisi Kərküklü şair Xıdır Lütfi əfəndinin Füzuli ilə bağlı qələmə aldığı kitabında onun eşq anlayışı, məzhəbi, təsəvvüflə əlaqəsi, dili, doğum yeri, doğum tarixi, iqtidarla münasibəti və əsərləri ilə bağlı bir çox məlumat yer alırdı. Təəssüf ki, nəşr edilmək üçün İraq Mədəniyyət nazirliyinə təqdim edilən kitab orada itib-batmışdır.

Xıdır Lütfi qələmə aldığı əsər 11 hissədən ibarətdir. Hər bir hissədə aşağıdakı mövzulardan bəhs edilir:

Birinci hissə: Füzulinin atası, ailəsi, oğlu Fəzli, milliyyəti, dünyaya gəlişi, gəncliyi, təxəllüsü və atasıyla Kərkükdən köçməyi.

İkinci hissə: Füzulinin Sultan Süleyman Qanuni ilə görüşü, Bağdad fəthi, Kərbəlada Həzrət Hüseyn, Mədinədə Rəvzə-i Mütəhhərənin inşası və təmiri.

Üçüncü hissə: Füzulinin Kərkükdə Zindan küçəsindəki evi və təhsil aldığı məscid.

Dördüncü hissə: Füzulinin dünyaya gəlişi və vəfatı haqqında “Türk Dili” jurnalı və “TürkYurdu” məcmuələrində yayımlanan məqalələrin şərhi.

Beşinci hissə: Füzuli kimdir və haralıdır.

Altıncı hissə: Füzulinin Sultan Süleyman Qanuni ilə görüşü, məvacib məsələsi və söylədiyi şeirlərdən nümunələr.

Yeddinci hissə: Füzuli Bağdadlıdır yoxsa Kərküklü?

Səkkizinci hissə: Füzulinin məzhəbi nədir?

Doqquzuncu hissə: Füzulinn bir neçə əsərinin tərcümə və təhlili

Onuncu hissə: Füzuli haqqında fikir söyləyənlər.

On birinci hissə: Füzulinin həyat hekayəsi.

Rəşid Akif Hörmüzlünün Füzuli ilə bağlı Tədqiqatları

Görkəmli şair Hörmüzlü Rəşid Akif bəy Xıdır Lütfinin Füzuli haqqında yazdığı əsərlə bağlı belə demişdir: “Dörd əsr yarımdan çoxdur taxt və tacını heç bir şairə verməyən şeirlər kralı Füzuli kimdir, haralıdır, neçənci ildə dünyaya gəlmişdir? Hər kəsi maraqlandıran bu sualla bağlı açıq şəkildə deyə bilərəm ki, doğru cavab verən yoxdur. Çünki, şair heç bir əsərində bu mövzulardan bəhs etməmişdir. Biz Kərküklülərə görə isə, hər kəsin sevgisini və hörmətini qazanan bu müstəsna şair bir Kərküklüdür. Kərkükdə dünyaya gəlmiş, burada təhsil almış, daha sonra ailəsi ilə Bağdada, Hillə yaxınlığına köçmüş və Kərbəlada vəfat edərək Hz.Hüseynin məqbərəsinin yanında dəfn edilmişdir. Kərküklülərin bu iddiası hərhansı bir kitaba əsaslanmasa da, əcdadlarımızın bizə ötürdüyü rəvayətlər və Füzulinin divanında işlətdiyi Kərkük dialektinə xas sözlər bizə bunu deməyə əsas verir. Füzulinin doğub böyüdüyü deyilən ev Kərkükdə hələdə “Füzuli Evi” deyə yad edilir. Əziz ustad Xıdır Lütfinin iddiası bu faktlara əsaslanır. Bunun üçün onu təqdir və təbrik edirəm.”

Əbdüləziz Səmin Bayatlı “Füzulinin Şeirində Türkman Xalq Deyimləri” kitabı

Füzuli xalq tarlasında yetişən, kölgə və meyvəsini xalqına ərmağan edən bir şairdir. Şeirlərində xalq dilində yaşayan ifadələr işlətməsi şeirinin dəyərini və gözəlliyini artıraraq onlara ölümsüzlük bəxş etmişdir. “Yurd” qəzetinin 1293 və 1298-ci nömrələrində yayımlanan məqalənin 3-cü hissəsini təqdim edirik:

Ağı Qaradan Seçməmək

Məlumatsızlıq, savadsızlıq mənasında işlənən bir xalq ifadəsidir. Füzuli bu ifadəni ən gözəl formada istifadə etmişdir:

Uymuş cünunə könlüm əbrunə der məh-i nov

Nə etibar ona kim, seçməz qaradan ağı

Könlüm dəli olmuş, qaşına yeni doğulmuş ay- hilal deyir

Ağı qaradan ayıra bilməyən birinin sözünə etibar edilərmi?”

Burada hilal ağ, qaş isə qaradır. Bu ağılsız könül elə idraksızdır ki, ağı qaradan ayıra bilmir.

Yandı canım hicr ilə vəsl-i ruh-i yar istərəm

Dərdmənd-i fikrətəm dərman-ı didar istərəm.

“Canım, ruhum, ayrılıq atəşiylə tutuşub yandı. Sevgilimin yanağına qovuşmaq istəyirəm. Ayrılıq xəstəsiyəm, dərmanım yara qovuşmaqdır.” Füzuli eyni ifadəni başqa bir qəzəlində də istifadə etmişdir:

Şəbi-i hicran yanar canım, tökər qan çeşni-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

“Ayrılıq gecələrində canım yanar, alovlanar. Ağlayan gözlərim yaş yerinə qan yağdırar.

Ahım, fəryadım xalqı yuxudan oyadar, bir oyanmayan varsa, mənim qara bəxtimdir.”

Füzuli böyük Türk Dünyası şairi və bir Kərküklüdür. Türkman və ərəb yazıçıların tədqiqatlarındakı qeydlər bunun bir sübutudur. 1994-cü ildə İraqda Kərkük və Kərbəlada Məhəmməd Füzulinin 500 illik yubileyi təşkil edilmişdi. Tədbirdə Azərbaycandan 128 nəfərlik böyük bir heyət iştirak edirdi. Füzulinin İraqlı bir Türkman şair olduğu, şeirlərini Azərbaycan dilində qələmə aldığı, ortaq dil və düşüncənin mövcud olduğu və İraq torpaqlarının həmin vaxtlar Azərbaycanın bir tərkib hissəsi olduğu fikri hamı tərəfindən yekdilliklə qəbul olunmuşdu.

Füzulinin Kərküklü və ya Azərbaycanlı olmağı onun bir Dünya şairi olduğu faktını dəyişdirmir. Füzulinin məzarının Kərbəlada, Nəsiminin məzarının isə Hələbdə olmağına baxmayaraq, onlar Azərbaycan xalqının böyük dəyərləridir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu mövzu ilə bağlı fikirlərini belə ifadə etmişdir: “Yetmişinci illərdə Azərbaycan hökümətinə rəhbərlik edərkən Rəsul Rza, Mirzə İbrahimov və Süleyman Rüstəm kimi yazıçılarımız mənə yaxınlaşaraq Füzulinin məzarının Azərbaycana gətirilməsini xahiş etdilər. Lakin onların unutduğu vacib bir nüans var idi. Oralar da bizim vətənimizdir. Füzuli Hz. Hüseynin ayağının dibində yatmaq istəyib. Orada da qalmalıdır. Füzulinin məzarı o torpaqlara vurduğumuz bir möhür kimidir. Əbədi olaraq orada olmalıdır.

Bugün Suriya torpaqlarında yatan Nəsimi də bizim şairimizdir. SSRİ dövründə Suriyanı ziyarət edərkən Hələbdə bələdçidən məni Nəsiminin məzarına aparmağını xahiş etmişdim. Çox axtardılar və xahişimə görə, məzarı tapdılar. Tapan şəxs də Nəsiminin nəslindən olan biri imiş. Təəssüf ki, ana dilini itirmişdi. Sadəcə ərəb dilində danışa bilirdi. Bu nümunələr xalqımızın çox geniş bir əraziyə yayıldığının və eyni kökdən olduğumuzun açıq bir ifadəsidir. Ancaq müxtəlif müharibələr və siyasi vəziyyət ucbatından torpaqlarımız parçalanaraq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində qalıb.

Bu səbəbdən ötrü bir-birimizdən ayrı düşmüşük. İndi isə Azərbaycan müstəqil bir dövlətdir. Digər dövlətlərlə yaxşı münasibətləri var. Bu dövlətlərdən biri də İraqdır. Bu münasibəti yaxşı dəyərləndirməliyik.”

Beləliklə, əminliklə deyə bilərik ki, Füzuli və Nəsimi Türk Dünyasının şairləridir. İraq və Suriya da tarixi böyük Azərbaycan torpaqlarıdır. Onlar öz torpaqlarında uyuyurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Yanvar 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri