Icma.az
close
up
RU
Füzulidə Orxan Xanlarov KABUSU

Füzulidə Orxan Xanlarov KABUSU

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İcra başçısı Alı Alıyev və nazir Məcnun Məmmədov bu şəxsin fəaliyyətini mütləq araşdırmalıdır.
Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.
Kənd təsərrüfatının ənənəvi sahələrinin sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Görülən tədbirlər isə aqrar sahənin inkişafında xüsusi rol oynayıb.
Bu sahədə nə qədər inkişaf müşahidə edilsə də, bəzi nöqsanlar təəssüf ki, hələ də mövcudluğunu qoruyub saxlayır. Etiraf etmək lazımdır ki, Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra bu sahədə dinamik inkişaf açıq şəkildə nəzərə çarpır. Lakin yerlərdə bəzi məsul şəxslər cənab nazirin həyata keçirdiyi mütərəqqi islahatlara kölgə salmaqla məşğuldur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Leqal.info saytına Kənd Təsərrüfatı Nazirliyinin Füzuli rayon Kənd Təsərrüfatı İdarəsinin rəhbər şəxsləri, daha dəqiq desək Xanlarov Orxan Ziyad oğlunun törətdiyi qanuna zidd əməllər barədə sensasion faktlar daxil olub. Bu barədə redaksiyamıza məlumat verən Füzuli rayon sakini, fermer Novruzov Ruslan Əsəd oğlu bildirib ki, Orxan Xanlarov əlində olan səlahiyyətlərdən sui-istifadə etməklə vətəndaşların haqqını tapdalayır: “Bu adam mənim şəxsi təsərrüfatımda çoban işləyən Səfiyarlı Fərhad Qubad oğlu və bibisi oğlu İntiqam Həsənovla (hazırda şərti olaraq azadlıqdadır- R.N) birlikdə mənim çobanımı ələ alaraq təsərrüfatımdan 50 baş ana qoyun, 70 baş çəpiş (ana keçi) və 100 baş yeni doğulan quzumu mənim fermamdan oğurlayıb özəlləşdiriblər. Baş vermis hadisə ilə bağlı bütün sbutları və şikayətimi Füzuli Rayon Polis Şöbəsinə etmişəm. Orxan Xanlarov etdiyi qanunsuz əməllərlə kifayətlənməyərək Füzuli Rayon Polis Şöbəsinə müraciət etdiyim üçün mənə hədə qorxu gəlməyə başlayıb. O və bibisi oğlu İntiqam Həsənov mənə və atama hədə-qorxu gəlir. Mənə deyir ki, şikayətini geri götürmədiyin halda sənə məxsus torpaq sahələrinə şəhid ailəsi yerləşdirib əlindən alacağam. Bu işdə bu adama idarənin rəisi Novruz müəllim köməklik edir. Mən sizin vasitənizlə əlaqədər dövlət qurumlarından kömək istəyirəm. Xahiş edirəm ki, mənə dəymiş ziyana görə günahı olan şəxslər cinayət məsuliyyətinə cəlb olunsunlar”.
Məsələ ilə bağlı yazıda adı qeyd olunan şəxslərin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı. İnanırıq ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev və kənd təsərrüfatı naziri hörmətli Məcnun Məmmədov Orxan Xanlarovun fəaliyyətini dərindən araşdırıb onun özbaşına əməllərinə son verəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri