Füzulidə şəhidlər abidəsinə yürüş təşkil olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Füzuli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 27 Sentyabr – Anım Günü silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhər mərkəzindən Alxanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəyə yürüş təşkil olunub. Yürüş iştirakçıları çıxışlarında vurğulayıblar ki, qəhrəman şəhidlərimizin əbədi xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Saat 12:00-da ölkə üzrə olduğu Kimi, Füzulidə də sükut dəqiqəsi elan edilib. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, siqnallar verilib.
Daha sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində tədbir keçirilib. Burada ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərin igidlik yolundan bəhs olunub. Anım tədbirlərində Füzuli sakinləri ilə yanaşı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və müxtəlif idarə və təşkilatların nümayəndələri, həmçinin rayonun tikinti-quruculuq işlərində çalışanlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
Baxış sayı:73
Bu xəbər 27 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















