Icma.az
close
up
RU
Füzulidə şəhidlər anılıb

Füzulidə şəhidlər anılıb

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Rəşidzadə Səid Nofəl oğlu 1990-cı il yanvarın 28-də Horadiz şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovla birgə düşmənə qarşı çiyin-çiyinə döyüşüb. Səid 2019-cu ildə səhhəti ilə bağlı ordudan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüşlərə könüllü yollanıb. İlk döyüş yolu Füzulidən başlayan Səid Rəşidzadə Hadruta qədər döyüşlərdə iştirak edib və şücaəti ilə seçilib. Oktyabrın 11-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Misirli Fərid Eldəniz oğlu 2001-ci il yanvarın 1-də Füzulidə anadan olub. 2019-cu il yanvarın 11-də həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirib. 2020-ci il sentyabrın 1-də könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Fərid Misirli Füzuli, Cəbrayıl döyüşlərində igidliklə iştirak edib. 2020-ci il oktyabrın 8-də Cəbrayıl istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see356

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see350

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see261

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see233

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see201

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see194

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see185

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see180

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see177

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see157

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see144

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri