Icma.az
close
up
RU
Füzuliyə Füzulidən danışdım...

Füzuliyə Füzulidən danışdım...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Ey böyük Məhəmməd Füzuli, 2020-ci ilin 17 oktyabrında Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun növbəti bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandandan alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə. Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan azərbaycanlı qanının coşğusu ilə döyüş meydanı söz olan şair... Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzuli... Yadıma sən düşdün. Çünki Sən Füzuli rayonundan da, füzulilərdən də qocamansan... Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim.

Dedim, gözün aydın, Məhəmməd Füzuli, əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılan rayonun 1959-cu ildə Sənin-böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan yurd yerimiz düşməndən azad olundu. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazdı. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin. Füzulililər bu gün sevinc içərisindədir. 1993-cü ildə doğma ev-eşiklərindən düşmən ermənilər tərəfindən zorla didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər. 30 ilə yaxındır ki, dünyanın “ədalətə cavabdehləri” danışır, danışır, danışdıqca da söz həqiqət məhvərindən çıxıb başqa məcralara yönəlirdi. Sənin:

Gər çox istərsən, Füzuli, izzətin az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Sənin “Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı hörmətdən salıb”,- nəsihətini dinləmədi bu “ədalət cavabdehləri”. Söz sözlükdən çıxdı, yalanlara qurban getdi, Füzuli. Hansı ki, sən sözü dünyanın tacı, insanlığın açarı, mənəviyyatın varlığı hesab edirdin:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

“Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca, dirilmiş olasan”,-deyirdin. Sözü yalan olanlar ölümlərindən sonra da xatırlanacaq, şair. Lakin tamamilə başqa cür xatırlanacaqlar: bir xalqın əzəli torpaqlarının işğalına göz yumanlar kimi, minlərlə şəhidin qanında boğulanlar kimi, yüzlərlə dinc sakinin, xüsusilə də uşaqların qanlarına əlləri batmış və sözünü tutmayan, sözünün ağası olmayanlar kimi.

Gözün aydın, Füzuli! Xalqın dastan yazdı, tarixi “Qarabağ” dastanını yazdı. Bu ali bir dastandır, çünki şəhid qanı ilə, bir də dövlətimizin rəhbərinin kəsərli sözü ilə yazıldı. Qarabağın əsrlərlə yaşı fonunda 30 illik nisgilinin qələbəsini yazdı. Ali Baş Komandanın böyük Milli Ordumuza əmri, xalqına verdiyi inamla yazıldı bu dastan. Sənin adını daşıyan Füzuli də bu dastanın bir boyu oldu.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri