Icma.az
close
up
RU
Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı keçirilib

Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı keçirilib

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşrin təqdimatı keçirilib

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. 

OLAY yazır ki, “bp Azərbaycan” şirkətinin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. 

Təqdimat mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Çıxışlarda dahi şairin Azərbaycan və türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına verdiyi töhfələr danışılıb, nəşrin əhəmiyyəti yüksək qiymətləndirilib. 

Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gələn nəşrin birinci cildinə 186 şeir, 7 poema, 13 pyes, ikinci cildə isə 13 hekayə və 2 roman daxil edilib. Hər iki kitabda Füzuliyə və onun əsərlərinə aid 226 rəsm əsəri verilib. Hədiyyəlik nüsxələr kimi yüksək poliqrafik səviyyədə hazırlanan nəşr ümumilikdə 1140 səhifədən ibarətdir. Oxucular iki əsr ərzində Məhəmməd Füzuliyə həsr edilən bu bədii mətnlər vasitəsilə qüdrətli söz sənətkarının ədəbi kimliyinə daha yaxından bələd ola biləcəklər.

Çıxışlardan sonra bədii hissə təqdim olunub. Fəxrəddin Salim, Mütəllim Dəmirov, Aişən Mehdiyeva, Elgiz Əliyevin ifasında Füzulinin əsərlərinə bəstələnən mahnılar ifa edilib. Həmçinin Əməkdar artist Hüsniyyə Mürvətova, Kamran Yunis, Hüseynağa Abbasov, Sabirə Abdullayeva, Tural Əhməd və Yaşar Kamal şairin şeirlərini bədii qiraət ediblər. Sonda “Çiçək” uşaq teatrının hazırladığı “Meyvələrin söhbəti” tamaşası nümayiş olunub. 

Qeyd edək ki, nəşrin layihə rəhbəri “Azərnəşr”in direktoru vəzifələrini icra edən Xəyal Məmmədov, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, dizayneri Mətanət Babayevadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://olay.az
archiveBu xəbər 01 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri