Icma.az
close
up
RU
Füzulinin qızı nın əbədi köçü...

Füzulinin qızı nın əbədi köçü...

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər"

(Məhəmməd Füzuli)

20 mart 2026-cı il tarixində gecə saat 23:50-də xalqımızın layiqli olaraq "Füzulinin qızı" adlandırdığı klassik ədəbi irsimizin dərin bilicisi, elm və təhsil fədaisi, irfan əhli professor Lalə İkram qızı Əlizadə haqqın dərgahına qovuşdu. Ömrünü əsərlərinin tədqiqinə həsr etdiyi dahi şair Məhəmməd Füzuli demişkən, ona əbədi səadətə qovuşmaq Novruz gecəsi müyəssər oldu. 

Lalə İkram qızı Əlizadə 5 fevral 1950-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində - tanınmış ədəbiyyatşünas, əməkdar müəllim İkram Əlizadənin ocağında dünyaya gəlib. 1967-ci ildə 190 №-li orta məktəbi bitirib, 1967-1972-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. O, əmək fəaliyyətinə 1972-ci ildə "Azərbaycan müəllimi" qəzetində başlayıb. 1974-1978-ci illərdə Bakı şəhəri 172 və 161 №-li orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi, Yasamal Rayon Xalq Maarif şöbəsində metodist kimi çalışıb. 1978-1981-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb, 1985-ci ildə AMEA-nın müxbir üzvi Azadə Rüstəmovanın rəhbərliyi altında "Məhəmməd Füzuli yaradıcılığında alleqoriya" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildən 2025-ci ildə təqaüdə çıxanadək Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Azərbaycan dili və pedaqogika" kafedrasında əvvəl müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. L.Əlizadə 2017-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində Müdafiə Şurasında "Klassik Azərbaycan ədəbiyyatında alleqoriya (XII-XVI əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Məhəmməd Füzulinin 530 illik yubileyi ərəfəsində o, dahi şairin adını daşıyan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəxri professoru seçilib.

Uzun illər Respublika Müəllimləri Təkmilləşdirmə və İxtisasartırma İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə mühazirələr oxuyan Lalə Əlizadə ölkədə və xaricdə dərc olunan 100-dən artıq elmi, ədəbi, publisistik, metodik məqalənin müəllifi idi. Alimin "Füzulinin gizli sözü" (1989), "Füzulini tədris edərkən" (1995), "Böyük Füzulinin yadigarı" (1996), "Məhəmməd Füzuli" (2009), "Söz gözəlinin örtüyü" (2016), "Azərbaycan ədəbiyyatında alleqoriya" (2020), "Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair" (həmmüəllifli - 2025) kitabları, "Azərbaycan dili və nitq mədəniyyəti" fəninin ali məktəblərdə tədrisi üçün hazırladığı proqram (2019) çapdan çıxıb. Dəfələrlə İstanbulda, Ankarada, Sankt-Peterburqda, Kazanda, Daşkənddə, Səmərqənddə beynəlxalq elmi konfrans və simpoziumlarda Orta Şərq ədiblərinin yaradıcılığına dair qiymətli məruzələr edərək Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil edib.

Dövlət Televiziyası, Azərbaycan Radiosu və digər media vasitələrilə müntəzəm şəkildə klassik Azərbaycan ədəbiyyatı, ədəbi dilimizin tədrisi və təbliği ilə əlaqədar verilişlər aparan, bir-birindən maraqlı çıxışlar edən L.Əlizadə Məhsəti Gəncəvi, Məhəmməd Füzuli və Əliağa Vahid adına ədəbi mükafatlara layiq görülüb.

Lalə Əlizadənin bütün fəaliyyəti Azərbaycan klassik ədəbiyyatının tədqiqi, tədrisi və təbliğinə hər edilmişdi. O, ömrü boyu bu üç istiqamətdə çalışmış, vaxtını, gücünü, enerjisini klassik ədəbi irsimizin tədqiqi və təbliği işində əsirgəməmişdi. Şeirsevərlər, klassik poeziya tədqiqatçıları arasında "Füzulinin qızı" adını almış Lalə xanımı axtarışlara sövq edən təsəvvüf poeziyasına, Füzuli sözünə hədsiz məhəbbət və sədaqət idi.

Lalə Əlizadə həm də ədəbiyyatımızın tədrisi ilə məşğul olan istedadlı pedaqoq idi. Ömrünün böyük hissəsini şagirdlərə, tələbələrinə, gənc mütəxəssislərə klassik ədəbiyyatımızın incəliklərini öyrətməklə məşğul olan Lalə xanıma Uca Allahdan rəhmət diləyir, ailə üzvlərinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı veririk. Onun əziz xatirəsi füzulisevənlərin qəlbində əbədi yaşayacaqdır.

Ataəmi MİRZƏYEV, Filologiya elmləri doktoru

Əzizağa NƏCƏFZADƏ, Filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri