Icma.az
close
up
RU
Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin hər bir günündə qazanılan tarixi qələbələr ölkəmizin hərbi-siyasi qüdrətini, xalqımızın milli birliyini və öz torpaqlarına sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm zəfərlərindəndir. 

Füzulinin azad edilməsi uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş qabiliyyətini və şəxsi heyətin qəhrəmanlığını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri təxminən otuz il ərzində bu istiqamətdə çoxpilləli müdafiə xətləri, mürəkkəb mühəndis-istehkam qurğuları və möhkəmləndirilmiş mövqelər yaratmışdı. Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin uzun illər ərzində qurduğu müdafiə sistemini yararaq strateji yüksəkliklərə nəzarəti ələ keçirdi. Füzuli istiqamətində əldə edilən hərbi uğurlar sonrakı əməliyyatların inkişafına, xüsusilə işğal altında olan digər torpaqlarımızın azad olunmasına mühüm imkanlar yaratdı.

Füzulinin azad edilməsindən sonra üzə çıxan mənzərə Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi dağıntıların miqyasını bütün aydınlığı ilə göstərdi. Füzuli şəhəri də işğal illərində demək olar ki, tamamilə dağıdılmışdı. Yaşayış binaları, sosial obyektlər, mühəndis-kommunikasiya infrastrukturu məhv edilmişdi, xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinə ciddi ziyan vurulmuşdu. 
Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Füzuli azad olunanda hərbçilərimiz Bayrağımızı ucaltmaq üçün bir salamat bina tapa bilmirdi, yalnız bir hərbi hissə istisna olmaqla. Bu fikir dağıntıların miqyasını, işğal dövründə şəhərin hansı vəziyyətə salındığını aydın şəkildə göstərir. 

Zəfərdən sonra qarşıda daha mürəkkəb və uzunmüddətli vəzifə – dağıdılmış ərazilərin bərpası, müasir yaşayış infrastrukturunun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və tarixi torpaqlarımızda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması Azərbaycan dövlətinin qüdrətinin əyani təzahürüdür.

Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə yenidən qurulan Füzuliyə artıq həyat qayıdıb. Yüksək zövqlə tikilən yaşayış kompleksləri, təhsil müəssisələri, səhiyyə və digər sosial obyektlər insanların rahat yaşayışının təmin edilməsinə yönəlib. Bununla yanaşı, elektrik enerjisi təchizatı, rəqəmsal idarəetmə, su təsərrüfatı və digər kommunal xidmətlər sahəsində yaradılan infrastruktur şəhərin müasir yaşayış və iqtisadi fəaliyyət mərkəzi kimi formalaşmasına xidmət edir. 

Digər tərəfdən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəfər yolunun, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yollarının inşası bütövlükdə bölgənin nəqliyyat bağlantılarının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edir.

Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, burada uzunmüddətli, təhlükəsiz və firavan həyat qurmaları dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Məhz görülən işlərin nəticəsidir ki, bu gün Füzuli şəhərinə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Artıq onlar doğma şəhərlərinin gününü ata-baba yurdlarında böyük coşqu və qürurla qeyd edirlər.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri