Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Belçika və İspaniya Ukraynaya ayrı-ayrılıqda bir milyard avro müdafiə yardımı ayırır.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov həmin ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə danışıqların yekunlarına əsasən özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə danışıqlar apardım. Əməkdaşlığın əsas istiqamətlərini – hava hücumundan müdafiənin gücləndirilməsini, dron istehsalının inkişafını və cəbhəni uzaqmənzilli artilleriya ilə təmin etmək üçün "Çexiya təşəbbüsü"nü sinxronlaşdırdıq", - deyə o yazıb.
Fyodorovun sözlərinə görə, Belçika bu il Ukraynaya 1 mlrd. avro müdafiə yardımı ayırır və əlavə "F-16" qırıcılarını təhvil vermək, eləcə də mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətini təsdiqləyib.
İspaniya da həmçinin 2026-cı ildə Ukraynaya dəstək üçün 1 mlrd. avro ayırır. Danışıqlar zamanı tərəflər SAFE Avropa mexanizmi çərçivəsində müdafiə sahəsində əməkdaşlığın inkişafına diqqət yetiriblər. Ukrayna İspaniya pilotsuz uçuş aparatlarının döyüş şəraitində sınaqdan keçirilməsi imkanını təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Aprel 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















