G20 də iqlimi qorumaq üçün səyləri artırmağa çağırış edilib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yohannesburq sammitində İyirmilik Qrupu (G20) liderləri iqlim dəyişikliyinin təsirləri ilə bağlı itkilərin və zərərlərin qarşısını almaq, minimuma endirmək və aradan qaldırmaq üçün təcili və iddialı tədbirlərin görülməsinə ehtiyac olduğunu qəbul etdilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sammitin bəyanatında bildirilib.
"Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin tam və effektiv icrasını gücləndirməklə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədlərinə nail olmaq üçün öhdəliyimizi bir daha təsdiqləyirik", - bəyanatda vurğulanır.
Sammit iştirakçıları razılaşıblar ki, ədalətli enerji keçidi üçün milli yollar iqlimin qorunması üçün açardır. Onlar həmçinin iqlim dəyişikliyinin, o cümlədən ekstremal hava hadisələrinin təsirləri ilə mübarizə üçün erkən xəbərdarlıq sistemlərinin və tədbirlərin işlənib hazırlanmasına və tətbiqinə dəstək vermək barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















