G20 nin maliyyə nazirləri qlobal iqtisadiyyatda “islahat”a ehtiyac olduğunu vurğulayıblar
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Afrikanın sədrliyi ilə 17–18 iyul tarixlərində Durban şəhərində keçirilən G20 Maliyyə Nazirləri və Mərkəzi Bank sədrləri iclasından sonra yekun bəyanat yayımlanıb.
Banco.az xəbər verir ki, bəyanatda qlobal iqtisadiyyatın mürəkkəb çətinliklər və ciddi qeyri-müəyyənliklərlə üz-üzə olduğu vurğulanıb. Davam edən müharibə və münaqişələr, ticarət və təchizat zəncirlərindəki gərginliklər, yüksək borc səviyyələri və tez-tez baş verən ekstremal hava hadisələri bu problemlərə nümunə kimi göstərilib.
Beş səhifəlik bəyanatda struktur islahatlarının əhəmiyyətinə diqqət çəkilərək, “Struktur islahatlar güclü iqtisadi artımın təmin olunması, daha çox və daha keyfiyyətli məşğulluğun yaradılması üçün vacibdir” ifadəsi yer alıb.
Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi zərurəti vurğulanaraq, mərkəzi bankların müstəqilliyinin qiymət sabitliyinin təmin olunması baxımından həyati əhəmiyyət daşıdığı qeyd olunub.
Bundan əlavə, G20 maliyyə nazirləri, qlobal maliyyə dalğalanmaları fonunda aşağı və orta gəlirli ölkələrdə artan borc təzyiqlərini həll etmək öhdəliyi götürüblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:106
Bu xəbər 20 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















