G7 ölkələri Suriya hökuməti ilə tam əməkdaşlıq edəcək
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
G7 ölkələri Suriyada qalan kimyəvi silah ehtiyatlarının təhlükəsizliyini təmin və məhv etmək üçün Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı G7 ölkələrinin liderləri açıqlama yayıb.
Açıqlamada Bəşər Əsədin törətdiyi cinayətlərə görə məsuliyyət daşımalı olduğu vurğulanıb.
"İnanırıq ki, Suriyanın idarə olunmasında iştirak etmək istəyən hər kəs bütün suriyalıların hüquqlarına sadiqlik nümayiş etdirəcək, dövlət qurumlarının dağılmasının qarşısını alacaq, ölkənin yenidən qurulması və reabilitasiyası üçün çalışacaq. Suriyanın təhlükəsizliyi üçün lazımi şəraiti təmin edəcək. Bütün suriyalıların müdafiəsinə, şəffaflığa və hesabatlılığa hörmət edən etibarlı, əhatəli və məzhəbsiz hökumətə gətirib çıxaracaq keçid prosesini dəstəkləməyə hazırıq".
Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiya daxildir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















