G7 ölkələri Ukraynanı müzakirə etmək üçün Kanadada toplanacaq
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
G7-yə üzv ölkələrin xarici işlər nazirləri 2025-ci ildə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Kanadada yenidən bir araya gələcəklər. AzPost xəbər verir ki, Bu barədə Kanadanın xarici işlər naziri Anita Anand NHK-yə verdiyi müsahibəsində məlumat verib.
Anand qeyd edib ki, planlaşdırılan görüş NATO-nun Haaqada keçirilmiş sammiti zamanı baş tutan əvvəlki müzakirələrin davamı olacaq. Görüşün əsas mövzusu isə Ukraynada davam edən münaqişə və G7 ölkələrinin bu məsələyə münasibəti olacaq.
Xatırladaq ki, iyun ayında Kanadada baş tutan G7 sammiti zamanı ABŞ-ın təzyiqləri səbəbindən üzv ölkələr Ukrayna ilə bağlı birgə bəyanat qəbul etməkdən imtina etmişdi. “Reuters” həmin vaxt məlumat yayaraq bildirib ki, bəyanatın mətnindəki bəzi ifadələr üzərində razılıq əldə olunmayıb.
Yeni planlaşdırılan görüşdə G7 ölkələrinin Ukrayna dəstəyi, təhlükəsizlik zəmanətləri və mümkün diplomatik həll yolları ilə bağlı daha konkret addımların müzakirə olunacağı gözlənilir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















