G7 xarici işlər nazirləri Kanadada qlobal məsələləri müzakirə edirlər
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
G7 xarici işlər nazirləri qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün Kanadanın ev sahibliyi ilə görüşürlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kanada höküməti məlumat yayıb.
Sammitdə Kanada, ABŞ, Fransa, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Yaponiya və Avropa Birliyindən (AB) nümayəndələr iştirak edir.
Ontario ştatının Niaqara bölgəsində keçirilən iki günlük sammitin məqsədi qlobal məsələləri müzakirə etmək və ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
Kanada xarici işlər naziri Anita Anand jurnalistlərə bildirib ki, bu axşam işgüzar nahar edəcəklər.
Anand bildirib ki, onlar Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi və Hind-Sakit okean regionunda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər və Haiti və Sudandakı təcili böhranlara cavab vermək kimi vacib prioritetlər üzrə konstruktiv fikir mübadiləsi aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















