“Ganja Open”in mükafat fondu açıqlanıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq.
İdman.biz xəbər verir ki, festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq.
Ümumi mükafat fondu 41.200 AZN (24.235 USD) olan şahmat festivalı A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.
A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blits də isə reytinq məhdudiyyəti tətbiq edilmir.
Qeyd edək ki, Gəncə Open “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq tipli yarışdır. Festival "Baku Open"dən sonra ən böyük mükafat fonduna sahib olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 Avqust 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















