“Sheki Open”in mükafat fondu açıqlanıb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sheki Open” turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Şəki şəhər İcra Hakimiyyəti və “Premier School”un təşkilatçılığı, “SOCAR”ın sponsorluğu, “Sirab”ın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.
Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.
Yarışın ümumi mükafat fondu 23 min 450 manat təşkil edir. A qrupunun qalibi 5 min 100, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq.
Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 2-ci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 20 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















