Icma.az
close
up
RU
Garage Parking də narazı salan qiymətlər: Özəl dayanacaqlar NK nın qərarına uyğunlaşmalıdır

Garage Parking də narazı salan qiymətlər: Özəl dayanacaqlar NK nın qərarına uyğunlaşmalıdır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakının mərkəzində, Mərkəzi Univermağın yanındakı "Garage Parking"-də tətbiq edilən parklanma qiymətləri ilə bağlı sürücülər narazıdır. Vətəndaşlar qiymətlərin dövlət tərəfindən tənzimlənən "Azparking" tariflərindən 2-3 dəfə baha olmasından şikayət edirlər. Onların sözlərinə görə, "Garage Parking" həftə sonları qiymətləri daha da bahalaşdırır. Halbuki "Azparking" həftə sonları qiymətləri aşağı salır, bazar günü isə pulsuz edir. Amma "Garage Parking" həftəiçi günlərlə müqayisədə şənbə və bazar günləri hətta 5 manat bahalaşdırır.

Parkindəki tariflər aşağıdakı şəkildəki kimidir:

Məsələ ilə bağlı "Azparking"in sözçüsü Hökumə İsmayılova Oxu.Az-a açıqlama verərək özəl parkinqlərdəki qiymət siyasətinə müdaxilə edə bilmədiklərini bildirib. O qeyd edib ki, "Garage Parkinq"də sadəcə "Azparking"in ödəniş imkanları mövcuddur: "Tariflərə isə şirkət olaraq qarışa bilmərik. Biz orada yalnız sürücülərin rahatlığı üçün çıxışda "Azparking"in ödəniş imkanlarını təqdim edirik. Tarifləri biz tənzimləmirik".

O, hazırda 20-dən çox özəl parkinq ərazisi olduğunu və bu məkanlarda sürücülərin rahatlığı üçün "Azparking" mobil tətbiqi vasitəsilə ödəniş imkanının təmin edildiyini bildirib. Terminal və parkomatlarda yaranan növbələrin qarşısını almaq üçün tətbiq edilən bu yenilik sayəsində sürücülər yubanmadan mobil tətbiqdən ödənişlərini edib ərazidən çıxa bilirlər.

Hökumə İsmayılova parklanma qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı bildirdi ki, küçə parklanmasında qiymətlər Nazirlər Kabineti tərəfindən tənzimlənir. Xüsusi parkinq ərazilərində isə qiymətləri oranın mülkiyyətçisi müəyyən edir.

"Garage Parking"in narazılıqlara münasibətini öyrənmək cəhdimiz uğursuzluqla nəticələnib. Şirkətin saytında göstərilən əlaqə nömrələrinə zəng etsək də, cavab verən olmayıb.

Vəkil Samir Hacıyev sürücülərin parklanma ilə bağlı şikayətlərini Oxu.Az-a şərh edərək qeyd edib ki, özəl parklanma yerləri üçün ümumi qiymətlər müəyyənləşdirilə bilər:

"Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş məbləğinin təsdiq edilməsi" haqqında 25 iyun 2023-cü il qərarına əsasən parklanma qiymətləri ərazilər üzrə müəyyənləşir. Bakı şəhərinin mərkəzi küçələrində qiymətlər 1 manat, 0.70 qəpik, 0.40 qəpik, 0.30 qəpik, bəzi ərazilərdə isə ödənişsizdir".

Vəkil, qeyd edilən özəl ərazilərdə parklanma qiymətlərinin fərqli olmasının mümkünlüyünü təsdiqləsə də, özəl şirkətlərə çağırış edib:

"Qeyd edilən özəl ərazilərdə parklanma qiymətlərinin fərqli olması mümkündür. Belə ki, həmin ərazilər şəxsi sayıldığından "Azparking"in müəyyən etdiyi qiymətlərdən fərqlənir. Onu da bildirim ki, NK-nın qeyd edilən qərarında ölkənin böyük şəhərləri üzrə parklanma qiymətləri müəyyənləşib.

Düşünürəm ki, özəl parklanma əraziləri də şəhərimizdəki sıxlığı və tıxacı nəzərə alaraq Nazirlər Kabinetinin müəyyən etdiyi zona üzrə qiymətləri tənzimləməlidirlər, buna uyğunlaşmalıdırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri