Icma.az
close
up
RU
“Gecə obyektimi dağıdıblar, 39 min manat ziyan dəyib” Fotolar

“Gecə obyektimi dağıdıblar, 39 min manat ziyan dəyib” Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı sakini Sadıq Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşının gecə saatlarında icarəyə götürdüyü obyektə daxil olaraq təmir işlərini dağıtdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, o, martın 14-də Salmanov Vəfa Davud oğlu ilə rəsmi icarə müqaviləsi bağlayaraq Nəsimi rayonu Akademik Həsən Əliyev küçəsi 1F ünvanında yerləşən qeyri-yaşayış sahəsini avtoyuma məntəqəsi açmaq məqsədilə icarəyə götürüb.

S.Əliyev bildirir ki, aprelin 8-də gecə saatlarında özlərini icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər onun icazəsi olmadan obyektə daxil olaraq təmir işlərini dağıdıblar. Vətəndaşın sözlərinə görə, hadisə nəticəsində ona 39 min manat məbləğində maddi ziyan dəyib: “Həmin şəxslər özlərini Tərlan (icra hakimiyyəti əməkdaşı), Ələsgər (baş memar), Nizami (MKTB idarəsinin rəisi), Nəsir (rəis müavini) və Azad (idarə müdiri) kimi təqdim ediblər.

Söküntü yalnız obyektin daxili hissəsində aparılan bərpa və abadlaşdırma işlərinə aid olub və binanın fasadına heç bir müdaxilə edilməyib. Aparılan qanunsuz söküntü nəticəsində yeni tamamlanmış təmir işləri tam məhv edilib. Guya tikinti aparıram, halbuki sadəcə abadlıq və təmir işləridir. İcra hakimiyyətindən icazə almalıyam?”

Sahibkar əlavə edib ki, bundan başqa, Abşeron və Binəqədi rayonlarında da özəl mülkiyyəti var: “Bu cür işləri dəfələrlə görmüşəm və indiyə qədər məndən heç bir icazə tələb olunmayıb. Bu halı da onlara bildirdim, amma dedilər ki, bura Nəsimidir, Binəqədi və ya Abşeron deyil...”

Şikayətçi müraciətində Azərbaycanın Mülki Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında” qanun, eləcə də Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək qanunsuz müdaxilə və əmlaka ziyan vurulduğunu qeyd edib.

İddialarla bağlı mövqe öyrənmək məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq. 

Lamiyə Məmmədova 

Fotolarda: Sözügedən obyekt təmirdən əvvəl

Təmirdən sonra

Dağıdıldıqdan sonra

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri