Gecə səs küy yaradan 12 nəfər saxlanıldı Video
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-dən Axar.az-a verilən məlumata görə, tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlənlər müəyyən olunublar.
Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.
Paytaxtla yanaşı Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















