Gecə vaxtı küçədə nə gəzirsən dedi, qızı döydü Məhkəmə
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda gecə saatlarında küçənin ortasında yaşanan insident məhkəmə zalında yekunlaşıb. Sevgilisinə əl qaldıran gənc oğlanın aqibəti bəlli olub.
Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 29 yaşlı Vüsal sevgi münasibətində olduğu Zərrinlə (adlar şərtidir) gecə saatlarında küçədə qarşılaşıb. Qadının evə gec qayıtması və müxtəlif yerlərdə əylənməsi tərəflər arasında ciddi mübahisəyə zəmin yaradıb.
Gənc oğlan iradlarını bildirərkən qarşı tərəfin işlətdiyi nalayiq ifadələr vəziyyəti daha da gərginləşdirib. Hirsinə hakim ola bilməyən Vüsal qisas almaq niyyəti ilə qadının baş nahiyəsinə yumruq zərbələri endirib.
Faktla bağlı dərhal araşdırmalara başlanılıb və Vüsala qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə prosesi gözlənilməz sonluqla bitib. Məlum olub ki, tərəflər artıq barışıblar. Zərərçəkən qadın şikayətindən imtina etdiyi üçün Nizami Rayon Məhkəməsi cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb. Beləliklə, təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.
Yəni, sevgilisini döydüyü üçün məhkəmə qarşısına çıxarılan şəxs qarşı tərəflə barışdığına görə cəza almadan azadlığa buraxılıb.
Fariz Məlikli
Demokrat.az
Baxış sayı:117
Bu xəbər 07 May 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















