Icma.az
close
up
RU
Anangilə niyə getmişdin dedi, arvadını döydü Məhkəmə

Anangilə niyə getmişdin dedi, arvadını döydü Məhkəmə

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Abşeron rayonunda 41 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 7-də baş verib. 1985-ci il təvəllüdlü Taleh həmin gün saat 12 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Kəmalə (adlar şərtidir – red.) mübahisə edib. 
Bu mübahisəyə səbəb Kəmalənin ondan icazəsiz evi tərk edərək valideynlərinin yanına gedib və qayıtmasına görə irad bildirməsi üstündə baş verib. Həmin səbəbdən tərəflər arasında ailə münaqişəsi zəminində baş vermiş narazılıqla bağlı mübahisə zamanı Taleh əsəbiləşərək arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub.  Həmin zərbələrindən qadın yerə yıxılaraq başının evin döşəməsinə dəyməsinə səbəb olmaqla xəsarətlər alıb. 
İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Kəmalə ondan icazəsiz yaşadığı evdən çıxıb və valideyinlərinin yaşadığı ünvana gedib:
“Növbəti gün saat 9 radələrində evdən çıxdım və Xırdalan şəhərinə getdim. Saat 12 radələrində yaşadığım evə qayıdarkən Kəmalənin evə qayıtdığını gördüm. Ondan hansı səbəbə icazəsiz evi tərk edərək getdiyini soruşdum. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək Kəmalənin üzərinə getdim və qəsdən əl, yumruq zərbələri ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurdum. Kəmalə aldığı zərbələrin təsirindən yerə yıxıldı və başı döşəməyə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı. Mən yaşadığım evi tərk edərək yaxınlıqda olan mağazaya getdim. Evə qayıtdıqda isə Kəmalənin getdiyini gördüm”. 
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Taleh ilə 2012-ci ildə ailə həyatı qurub, həmin evlilikdən iki övladı anadan olub:
“Evli olduğumuz müddətdə mütəmadi olaraq valideynlərimin Qobu qəsəbəsində yaşadıqları evlərinə gedib-gəlirəm. Bununla bağlı hər dəfə Taleh mənimlə mübahisələr edib”. 
Zərərçəkmiş daha sonra ifadəsində əri ilə mübahisə etməsindən, əri ilə baş verən mübahisə ilə bağlı polisə şikayət etməsindən danışıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri