Icma.az
close
up
RU
“Gecə yarısı İrandan Heydər Əliyevə zəng etdim ki...” Keçmiş səfir sirləri açır

“Gecə yarısı İrandan Heydər Əliyevə zəng etdim ki...” Keçmiş səfir sirləri açır

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ilin dekabrından İranda baş qaldıran etiraz aksiyalarının səbəbləri, bu aksiyalarda Azərbaycan türkləri faktoru, Rza Pəhləvinin İranda hakimiyyətə qayıtma iddiaları – dünya siyasət gündəminin əsas müzakirə mövzularındandır.

1998-2009-cu illərdə Azərbaycanın İranda səfiri olmuş Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsində bu məsələləri müzakirə etmişik.

– Abbasəli müəllim, 1994-cü ildə prezident Heydər Əliyevin İrana rəsmi səfəri zamanı Təbriz şəhərinin səfər proqramında yer almaması diqqət çəkmişdi. Bu təcrübə diplomatik proseslərdə səfirin rolunu Sizə necə göstərdi?

- Amerikanın İrana hücumu vaxtı bir məqalə əlimə keçmişdi. Yazılmışdı ki, əgər iki ölkə arasında münasibətlər pisləşir və müharibə həddinə gəlib çatırsa, hər iki dövlətin səfiri edam olunmalıdır. Bu fikirdə böyük məna var. Səfir gecə-gündüz işləməlidir. Dövlət səfirə səlahiyyət verir. Bəzən elə bir məsələ olur ki, səfirin dövlətlə razılaşdırmağa vaxtı olmur. O anda qərar verməlisən. Və qərarın düzgün, düşünülmüş olmalı, dövlətinə xələl gətirməməlidir.

1994-cü ildə Heydər Əliyevin İrana rəsmi səfəri zamanı mən işləmirdim, işsiz idim. Rəhmətlik Heydər Əliyev Təbrizə getməyi xahiş eləmişdi. Amma onu nəinki Təbrizə apamadılar, yayın istisində Kiş adasına aparmışdılar. Kiş adası İranın cənubunda, Fars Körfəzinin sahilində yerləşir. Yayda orda gündüz 50-55 dərəcə isti olur, həm də rütubəti çox yüksəkdir. Kim olur-olsun, səfir belə bir addıma yol verilməməli idi. Kiş Adasını səfər proqramına daxil etməzdən əvvəl o bölgə ilə bağlı mütaliə edilməli idi. Məsələn, bir sahədə çox mühüm istehsalatı var, onu göstərib deyirlər ki, sizin ölkədə də istifadə etsəniz, yararlana bilərsiniz. Kişdə istirahət mərkəzlərindən başqa bir şey yoxdur. Heydər Əliyevin səfər proqramına daxil edilən istirahət mərkəzi də dünyanın nadir bitkilərinin və quşlarlının gətirildiyi mənzərəli bir yer idi. Amma Heydər Əliyevin bunları görməsinə ehtiyac var idi? Heydər Əliyev kimi hər dəqiqəsi vacib olan dövlət başçısını oraya niyə aparmışdılar? Səfir buna yol verməməli idi, fikrini cənab prezidentə çatdılrmalı idi. Ona əli çatmırsa xarici işlər nazirinə deməli, iqlim şərtləri, dözülməz isti və rütubət olduğunu deməli idi. Bu bizim tərəfimizdən buraxılmış səhv idi.

Heydər Əliyevin siyasətinə sədaqətli olmaq və gecə-gündüz işləmək təyin olunduğum ilk gündən əsas proqramım olub. 2001-ci il 18-20 sentyabr tarixlərinə Heydər Əliyevin İrana rəsmi səfəri təyin olunmuşdu. Bilirdim ki, o məqamda səfər reallaşsa, nəticəsi olmayacaq. Hətta istəyirdim, Bakıya gəlib məruzə edim ki, səfər hazır deyil. Elə oldu ki, səfərdən 3 gün qabaq bir təyyarə gəldi, səfərə hazırlıqla bağlı işçi qruplarının görüşü idi, mən də nümayəndə heyətinin rəhbəri təyin olunmuşdum. Üç gün boyunca gecə yarıya qədər danışıqlar aparıldı. İran tərəfi bir çox şeyləri qəbul etmirdi. İşçi qrupun danışıqları səfirliyimizdə gedirdi. Son gün gecə birin yarısında danışıqlar masasından qalxıb dedim ki, mən indi Prezidentimə zəng edəcəm və təklif edəcəm ki, səfər təxirə salınsın. Səbəbini də dedim ki, dünyada bir çox ölkələr bilmirlər ki, Azərbaycanla İran arasında fikir ayrılığı olan məsələlər var. Soyuqluq olduğunu bilsələr, bunu bir az da dərinləşdirəcəklər, bu da münasibətlərimizə ciddi xələl gətirəcək.

Bunları yavaş-yavaş yoluna qoymaq üçün illər lazım olacaq. Heç olmasa, səfər indi təxirə salınsın, səfər nə vaxt tam hazır olar, onda da həyata keçirilər. Mən masadan qalxanda İran heyətində olanlardan biri sanki “bizə xox gəlirsən” deyirmişcəsinə qımışdı. Bunu edə biləcəyimə - gecə birin yarısında prezident Heydər Əliyevə zəng edib, onunla danışa biləcəyimə inanmırdılar.

Keçdim iş otağıma. Oradan Vaqif Axundova (prezident Heydər Əliyevin təhlükəsizlik xidmətinin rəisi) zəng vurdum. Dedim ki, çox təcili bir məsələ var Prezidentə məruzə etməliyəm. Vaqif Axundov mənə dedi ki, saatdan xəbərin var? Dedim bəli, var. Amma prezidentlə indi danışmalıyam, bir saat sonra olmaz. Təxminən 20 dəqiqə gözlədim. Telefonu Heydər Əliyevə verdi. Məsələni bütün incəliklərinə qədər Heydər Əliyevə söyləyəndən sonra dedi, nə fikirləşirsən?

Dedim, səfər indi təxirə salınsın, çünki Heydər Əliyevin səfəri uğursuz ola bilməz! Nə vaxt səfər hazır olsa, onda həyata keçirilsin. 7-8 dəqiqə telefonda gözlədim. Əvvəlcə elə bildim ki, rabitə kəsilib. “Alo, alo” dedim. “Eşidirəm”, dedi. Onda başa düşdüm ki, rəhmətlik götür-qoy edir. Bir az da gözlədim. Sonra dedi “de ki, nə vaxt hazır olsa, Heydər Əliyev səfərə gələcək, Amma indi hələlik səfər təxirə salınır. Xudahafiz”.

Qayıtdım danışıqların getdiyi otağa. Səfərin təxirə salındığını onlara deyəndə, o anda gözləri hələ də gözümün qabağındadı. İmkanları olsa, məni tikə-tikə edərdilər. 2001-ci ilin sentyabrında nəzərdə tutulmuş o səfər təxirə salındı, 2002-ci il mayın 17-19-da tutdu. Bu müddətdə bütün məsələlər həll olundu.

- Səfərin təxirə salınmasına səbəb olan hansı problem idi?

- Bizim tələbimiz bu idi ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll olunsun. İran tərəfi “ədalətli həll” prinsipində israr edirdi. “Ədalətli” ifadəsi ikibaşlı idi və daha çox ermənilərin xeyrinə idi.

Bir də İran deyirdi ki, Xəzər 5 bərabər hissəyə bölünsün. Biz isə deyirdik ki, Xəzəri 5 yerə bölmək bizim səlahiyyətimizdə deyil. 5 ölkə oturub danışmalı, razılığa gəlməlidir. Biz Xəzərin bərabər bölünməsini necə deyə bilərik ki, Qazaxıstanın 29 faiz payı vardı. Qazaxıstan 9 faizini kiməsə verərdi? Daha sonra Xəzər məsələsi beştərəfli danışıqlar mövzusu olduğu üçün müzakirəsini ikitərəfli məsələlər paketindən çıxardıq.

- 2022-ci ildə Prezident İlham Əliyev İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil alma haqqının qarşısının alındığı ilə bağlı bəyanat vermişdi. Bu bəyanat orada yaşayan Azərbaycan türklərinin təşkilatlanmasına necə təsir etdi?

- Müharibə dövründə İrandakı gənc Azərbaycan türkləri Rusiyadan Ermənistana aparılan silahların qarşısını almışdı. Bunun görüntüləri sosial şəbəkələrdə də yayılmışdı. Halbuki bu addımlarına görə onları İran hakimiyyəti ağır cəzalandıra da bilərdi. Amma onlar bundan çəkinməmişdilər. Bu hadisədən sonra o yolla Ermənistana silah göndərilməsinin qarşısı alındı. Bu bəyanat, həm də onların qeyrətli hərəkətinə Prezidentin münasibəti idi.

Müstəqilliyimizi qazandıqdan sonra - istər Ayaz Mütəllibovun, istər Əbülfəz Elçibəyin, istərsə də Heydər Əliyev və İlham Əliyevin dövründə - xarici siyasətimizdə İranın daxili işlərinə qarışmaq xətti olmayıb. Biz çalışmışıq ki, ikitərəfli münasibətlər inkişaf eləsin. Qonşu və əhalisinin 52 faizi Azərbaycan türkləri olan bir ölkə kimi İranla bütün sahələrdə münasibətlərimiz davam etməlidir.

- Son etiraz aksiyaları ilə bağlı sizin proqnozunuz nədir?

- Nəzərə almalıyıq ki, dünya düzəni yenidən cızılır. İkinci faktor budur ki, ABŞ-da beynəlxalq hüquq faktoru get-gedə əhəmiyyətini itirir. Tramp 66 təşkilatdan ABŞ-nin çıxdığını elan etdi. Və ya Venesuelada baş verən hadisə. Bunlar onu göstərir ki, indi beynəlxalq hüquqa əhəmiyyət verilməyəcək. Güc faktoru önəmli olacaq.

İranla Amerika arasında gizli danışıqlar var. Digər tərəfdən, Səudiyyə Ərəbistanı, Qatar, Ümman Amerikanın İrana müdaxilə etməməsi üçün fəallıq göstərdilər. Bunun da müsbət təsiri oldu. İndiki dövrdə hər şey ola bilər. Ağlasığmaz hansısa hərəkətlər ola bilər. Gizli danışıqların sonunda hansı razılığa gələcəklərindən çox şey asılıdır. Bir çox faktoru süzgəcdən keçirib analiz edəndə insan rahat ola bilmir. Bir yandan böyük qüvvələrin nə planlaşdırdıqları məlum deyil, digər tərəfdən isə görünən budur ki, İran xalqı taleyinə biganə olan millət deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Yanvar 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri