Icma.az
close
up
RU
Deputat: “Müstəqilliyimizi Heydər Əliyevə borcluyuq”

Deputat: “Müstəqilliyimizi Heydər Əliyevə borcluyuq”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə Azərbaycan sözü ağla gəlir”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov  “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan deyiləndə də mütləq yanında Heydər Əliyev xatırlanır:

“Çünki bu iki ad bir-birinə bütün mənalarda bağlıdır. Ulu Öndərin həyat və fəaliyyətinin bütün qayəsində Azərbaycan durur. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərini üç yerə bölmək olar. Birincisi, SSRİ-də birinci rəhbərlik dövrüdür.

Ümummilli Lider qısa vaxt ərzində Azərbaycanı ən inkişaf etmiş respublikalardan birinə çevrirdi. Halbuki ondan öncə çox geridə idi. Onun rəhbərliyi dönəmində Azərbaycan hərtərəfli inkişaf etməyə başladı. Respublika kimliyi qazanıldı, sənaye, aqrar sahə inkişaf etdi, eləcə də hərbi məktəblər yaradıldı”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev SSRİ-nin birinci katibi kimi Azərbaycan gənclərinin ən peşəkar universitetlərində təhsil alması üçün mühüm addımlar atdı:

“O, Azərbaycanda hərbi məktəblər açdırdı, uşaqların, gənclərin hərbi təhsil alması üçün şərait yaratdı. Heydər Əliyevin sayəsində Azərbaycan güclü sənaye müəssisələri ilə SSRİ ölkələrinin rəqabət apardığı bir dövlətə çevrildi”.

Vüqar İskəndərov vurğulayıb ki, ikinci dövr isə Heydər Əliyevin ilk türk və azərbaycanlı olaraq o dövrün ən böyük imperiyası olan SSRİ-nin siyasi rəhbərliyinə gəlməsidir:

“Bu, bizim qürur mənbəyimizdir. Çünki bir azərbaycanlı SSRİ rəhbərləri içərisində imperiyanı idarə edən şəxslərdən biri oldu. Heydər Əliyev o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi rəhbərliyə təyin olundu və çox böyük uğurla fəaliyyət göstərdi. 

Məsələn, dahi şair Hüseyn Cavidin nəşinin ölkəmizə gətirilməsi, Azərbaycan dili ilə bağlı məsələlərə xüsusi diqqət göstərilməsi, orfoqrafiya, fonetika, dilin inkişafına nəzarət və gənclərin hərbi xidmətə cəlb olunması kimi tarixi addımlar atıldı.

Bundan başqa, ermənilərin Moskvada və Kreml daxilində fəaliyyətlərinin qarşısının alındı. Bütün bunlar onun fəaliyyəti nəticəsində mümkün oldu”.

Deputat diqqətə çatdırıb ki, üçüncü mərhələ də müstəqil Azərbaycan Respublikasını qurmasıdır:

“Heydər Əliyev müasir Azərbaycanı quraraq, ona uğurla rəhbərlik etdi. Çox çətin bir dövrdə, ölkə daxilində vətəndaş qarşıdurması, silahlı müharibə, iqtisadi yoxsulluq, idarəetmənin dağılması kimi mürəkkəb bir şəraitdə xalq nicatını yalnız Heydər Əliyevdə gördü. Bu insan bütün bu çətinliklərin öhdəsindən yüksək səviyyədə gəldi. Belə bir insanın hansı zəka, enerji, iradə və qətiyyətə sahib olması sözlə ifadə oluna bilməz. 

Bu gün onun oğlu, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında güclü, nüfuzlu bir Azərbaycan var. Bu güclü, qürurlu Azərbaycanın bünövrəsi isə məhz Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulub. Bu gün müstəqil Azərbaycanda yaşamağımızı ilk növbədə Heydər Əliyevə borcluyuq”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Ulu Öndər Ümummilli Lider Heydər Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri