Icma.az
close
up
RU
Gecələr tez tez tərləyənlər diqqət Xərçəngin gizli əlaməti ola bilər

Gecələr tez tez tərləyənlər diqqət Xərçəngin gizli əlaməti ola bilər

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gecə vaxtı yaşadığınız bəzi sadə görünən hallar əslində ciddi xəstəliklərin xəbərçisi ola bilər. Britaniyada aparılan son araşdırmalar gecə tərləməsi və yuxusuzluq kimi simptomların, xüsusilə də lenfoma (qan xərçəngi növlərindən biri) ilə əlaqəli ola biləcəyini ortaya qoyub. Bu simptomlar illərlə sadə yorğunluq və ya stress əlamətləri kimi qəbul olunsa da, xərçəngin erkən mərhələdə özünü bu yolla büruzə verməsi ehtimalı diqqətə alınmalıdır.

Milli.Az Böyük Britaniyanın "Cancer Research UK" təşkilatının məlumatına görə, həddindən artıq, səbəbsiz gecə tərləmələri mütləq şəkildə tibbi qiymətləndirmə tələb edir. Bu cür tərləmə halı yalnız fiziki yorğunluq və ya isti havaya görə olmaya bilər, əksinə, bədəndə gedən patoloji bir prosesin, xüsusilə də limfa sistemindəki pozğunluqların göstəricisi ola bilər.

NHS (İngiltərə Milli Səhiyyə Sistemi) isə qeyd edir ki, normal yataq şəraitində - yəni otaq temperaturu, paltar və yorğan uyğun olsa belə - geyim və yataq dəstinin tamamilə islanacaq qədər tərləmək qeyri-adi haldır və bu, xroniki infeksiyalar, hormon pozuntuları və ya xərçəngin ilkin əlamətləri ilə əlaqələndirilə bilər.

Yuxu rejiminizdə qəfil və davamlı dəyişikliklər, tez-tez oyanma, dərindən yuxuya gedə bilməmək və ya səbəbsiz narahatlıq hissi ilə yuxudan oyanmaq da eyni dərəcədə əhəmiyyətlidir. Xərçəng bəzən sinir sisteminə təsir göstərərək yuxu pozuntularına səbəb ola bilər.

"Əgər bu simptomlar sizdə yeni yaranıbsa və uzun müddətdir davam edirsə, mütləq həkimə müraciət edin. Bu cür sadə əlamətlər erkən diaqnoz üçün dəyərli ipucları ola bilər."

Xərçəng kimi təhlükəli xəstəliklər əksər hallarda gizli başlayır. Onunla mübarizədə ən güclü silah erkən diaqnoz və mütəmadi tibbi nəzarətdir. Bədəninizin sizə verdiyi siqnallara laqeyd yanaşmayın - bəzən bir tərləmə belə həyati bir siqnal ola bilər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 May 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri