Icma.az
close
up
RU
Gecikənlər, pilləkənlərdə oturanlar və s.

Gecikənlər, pilləkənlərdə oturanlar və s.

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ” 8 il sonra, ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bu gün saat 20:00-da Liqa mərhələsinin püşkü atılacaq.

“Atlılar” tarix yazmaqda davam edir. Ancaq yaxşı olardı ki, yüksəyə ucaldıqca orda məskunlaşma üçün də uyğunlaşasan. Meydandan kənar amillər də bu məsələdə ciddi rol oynayır.

Məsələn, stadion:

– Turniketlərdə texniki nasazlıqdanmı, ya nədənsə stadiona girişdə ləngimə yaranırdı. Ona görə matç başlasa da, çox sayda insan hələ stadiona daxil ola bilməmişdi. Hələ pley-off mərhələsindəykən bu problem yaşanırsa, liqa mərhələsində daha məşhur komandalarla oyunlarda necə olacaq?

– Ot örtüyü yenə pisdir. “Tofiq Bəhramov”da bu problem düzəlmir ki düzəlmir… Bundan başqa, böyük ehtimalla, ot örtüyü qədərindən artıq sulandığına görə ilk hissədə 6-7 epizodda oyunçular sürüşüb yıxıldı.

– Təşkilatçılıqda təkmilləşdirməyə ehtiyacın olduğunu göstərən amillərdən biri də ikinci hissədə pilləkənlərdə oturanların olması idi. Fasilədə qiymətdə ucuz olan sektordan daha bahalı srktorlara keçənlər oldu və polis nəfərləri bu vəziyyətdə nizam yarada bilmədi. 16-17-ci sektorların pilləkəni demək olar dolu idi.

Avropanın 80-90 minlik tutumu olan stadionlarını gördüyümüzə görə, müqayisə apara bilərik. Sistem elə qurulub ki, stadiona daxil olanda da, tərk edəndə də sıxlıq, xaos yaranmır. Onlardan 2 dəfə az tutuma malik “Tofiq Bəhramov”da isə həmişə problem olur. Parkinq yeri kifayət qədər olmadığından, bələdçi/mühafizə sistemi peşəkar qurulmadığından oyun üçün 1,5 saat əvvəldən evdən çıxan şəxs belə bəzən vaxtında stadiona daxil olmağa gecikir.

Texniki problemlər də böyüməyin, adaptasiyanın əsas tərkib hissəsidir. Diqqətdən qaçırmayaq…

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri