Gediş haqqı bahalaşır...bizdə yox ey, ruslarda...
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Rusiya Federasiyasının təsis qurumlarının nizamnaməsinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dən şəhərətrafı qatarlarda gediş-gəliş tariflərində dəyişiklik ediləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Şimal-Qərb Şəhərətrafı Sərnişin Şirkəti ASC-nin mətbuat xidmətindən bildirilib.
Beləliklə, 2025-ci il yanvarın 1-dən “Standart” tarifi ilə səyahətin ilk 20 km-nin qiyməti 8 faiz artacaq və indiki 45 rubl əvəzinə 48,6 rubl təşkil edəcək.
Hər sonrakı kilometr üçün sərnişinlər 2,25 rubl əvəzinə 2,43 rubl ödəyəcəklər. Bundan əlavə, "Qaranquş" tarifinin qiyməti 8,2 faiz - 53,6 rubldan 58 rubla qədər artacaq və hər bir sonrakı kilometr 2,68 rubldan 2,9 rubla qədər bahalaşacaq.
Sankt-Peterburq sakinlərinə stansiyalarda və terminallarda, şirkətin saytında və “Rusiya Dəmir Yolları Sərnişinləri” proqramında səyahətin qiyməti və qatarların cədvəli haqqında daha ətraflı məlumatla əvvəlcədən tanış olmaları tövsiyə olunub.
Xatırladaq ki, Yeni ildən Şimal paytaxtında ictimai nəqliyyatda gediş haqqı 15 faiz artacaq.
Əli Babayev
Baxış sayı:87
Bu xəbər 31 Dekabr 2024 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















