Icma.az
close
up
RU
Metroda yeni gediş haqqı

Metroda yeni gediş haqqı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gediş haqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib.

Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".

Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?

"Cebheinfo.az" xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur:

“Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir, məsələn 2–3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gediş haqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Lakin burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın”.

Ekspert onu da qeyd edib ki, alternativ olaraq zona üzrə tarif modeli də tətbiq edilə bilər:

“Məsələn, Bakı Metropoliteni yaxın, orta və uzaq zonalara bölünə bilər. Mərkəzi zonalarda qiymətlər daha ucuz, uzaq zonalarda isə fərqli ola bilər. Texniki baxımdan ən vacib məqam hesablamanın necə aparılacağıdır. Sərnişin metroya daxil olarkən kartını oxudur, çıxışda da yenidən oxudur. Sistem avtomatik olaraq neçə stansiya keçdiyini və ya hansı zonalardan istifadə etdiyini müəyyən edir və müvafiq məbləği kart balansından çıxır. Sərnişin seqmentləri də nəzərə alına bilər. Tələbələr, pensiyaçılar və digər həssas qruplar üçün xüsusi güzəştlər tətbiq oluna bilər.

Eyni zamanda gündəlik və intensiv istifadə edən sərnişinlər üçün endirimli və ya sabit paketlər təklif etmək mümkündür. Bu sistemin əsas üstünlüyü ədalətli tarif prinsipinə əsaslanmasıdır: az yol gedən az, çox yol gedən isə daha çox ödəyir. Bu yanaşma metronun real xərclərinin daha dəqiq hesablanmasına, uzaq xətlərin maliyyə yükünün balanslaşdırılmasına və daha müasir, çevik tarif siyasətinin formalaşmasına imkan verər. Mexanizmin bu il ərzində hazırlanması mümkündür. Lakin bütün hallarda sosial tarazlığı qoruyan mexanizmlər mütləq şəkildə nəzərə alınmalıdır”.

Dünya ölkələrində metro və ümumilikdə ictimai nəqliyyatda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır.

Bir çox ölkələrdə gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə əsaslanır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır və ödənişi buna uyğun çıxır. Bu yanaşma “az gedən az, çox gedən çox ödəsin” prinsipinə əsaslanır.

Avropa ölkələrinin əksəriyyətində isə zona üzrə tarif modeli geniş yayılıb. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir. Adətən mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir.

Bəzi ölkələrdə vahid tarif modeli saxlanılır. Məsələn, Moskva və İstanbul metrosunda sərnişin hansı məsafəni qət etməsindən asılı olmayaraq eyni məbləği ödəyir. Bu model sadə və rahat olsa da, qısa məsafə gedən sərnişinlər üçün həmişə ədalətli hesab edilmir.

Digər geniş yayılmış yanaşmalardan biri zaman əsaslı tarif sistemidir. Bu halda sərnişin müəyyən vaxt intervalı üçün bilet alır və həmin müddət ərzində istənilən sayda ictimai nəqliyyat vasitəsindən istifadə edə bilir. Bu model Praqa, Roma və Barselona kimi şəhərlərdə tətbiq olunur və xüsusilə tez-tez nəqliyyatdan istifadə edənlər üçün sərfəlidir.

Bütün bu modellərlə yanaşı, əksər ölkələrdə tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün endirimlər, aylıq və illik abonementlər tətbiq olunur. Yəni, dünya təcrübəsi göstərir ki, tarif sistemi təkcə iqtisadi deyil, eyni zamanda sosial amillər nəzərə alınmaqla formalaşdırılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri