Icma.az
close
up
RU
“Gedişhaqqının birdən birə 1 manat olması real deyil” Deputat

“Gedişhaqqının birdən birə 1 manat olması real deyil” Deputat

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Son günlər ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı xəbərlər gündəmdədir. Sosial şəbəkə platformalarında və bəzi xəbər portallarında gedişhaqqının 1 manata qədər qalxa biləcəyi ilə bağlı məlumatlar yayılıb. İddialarda əsas arqument kimi nəqliyyat xərclərinin artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə News24.az-a açıqlamasında gedişhaqqının birdən-birə iki dəfə artırılmasının real görünmədiyini bildirib:

“Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının bir anda iki dəfə artırılması praktikasına heç vaxt rast gəlinməyib. Azərbaycan tarixində birdən-birə belə kəskin bahalaşma baş verməyib. Qiymət dəyişikliyi ola bilər, amma bu, həmişə mərhələli şəkildə həyata keçirilib”.

Deputat əlavə edib ki, ictimai nəqliyyat bütün təbəqələr üçün əsas zəruri xidmətlərdən biridir və qiymət siyasəti insanların gəlirləri ilə uyğunlaşdırılmalıdır:

“Mən istəməzdim ki, gedişhaqqı 1 manat olsun. Çünki insanların gəliri ilə müqayisə etdikdə belə bir məbləğ onların gündəlik büdcəsinə ciddi təsir göstərə bilər. Xüsusilə də tələbələr, işçilər və aşağı gəlirli vətəndaşlar üçün bu, əlavə yük deməkdir”.

Onun sözlərinə görə, belə bir addım atılarsa, bu yalnız geniş müzakirədən sonra və sosial vəziyyət nəzərə alınaraq həyata keçirilməlidir:

“Əgər bu istiqamətdə hansısa təşəbbüs düşünülürsə belə, bir daha ciddi şəkildə təhlil olunmalı, həm iqtisadi əsaslandırması aparılmalı, həm də sosial təsirləri öyrənilməlidir”.

Xatırladaq ki, ictimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilən qərara əsasən, bir gediş üzrə tarif 50 qəpik müəyyən edilib.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

“Bakı Metropoliteni" QSC-dən isə hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat olmadığı bildirilib.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri