Icma.az
close
up
RU
Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq

Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq

Icma.az, Publika.az saytına istinadən bildirir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradır.

Publika.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"Fürsətdən istifadə edərək Asiya İnkişaf Bankına "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinin həyata keçirilməsi üzrə məsləhət xidmətləriə, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına və birgə müəssisənin işə salınmasına dəstək üçün 225 min ABŞ dolları qrant ayırmaq qərarına görə təşəkkür edirəm. Biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizini həyata keçirilməsi planlaşdırılan Xəzər dənizi-Qırmızı dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizlərinə bağlı böyük vahid yaşıl enerji platformasında həyati əhəmiyyətli bir bağlantı hesab edirik. Bu konsepsiya Azərbaycan və Mərkəzi Asiyadan Türkiyə və Avropa bazarlarına əhəmiyyətli həcmdə "yaşıl enerji"si və hidrogenin nəqlini, Asiyadan Avropaya qədər uzanan geniş regionlarda bərpa olunan enerji istehsalı və istehlakının əsas mərkəzlərinin inteqrasiyasını, həmçinin bərpa olunan enerjinin dəyişkənliyinin idarə edilməsi və balanslaşdırılmasını əhatə edir" - o qeyd edib.

Onun sözlərinə görə, böyük enerji layihələri təkcə enerjinin ötürülməsini təmin etmir, həm də sabit və davamlı gələcək üçün yol xəritəsi yaradır: "Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq. Böyük enerji potensialı əsasında qurulmuş üç dəhliz investorlar, enerji şirkətləri və əlbəttə ki, maliyyə qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bu forum vasitəsilə biz investorları və potensial tərəfdaşları bu tarixi transformasiyaya qoşulmağa dəvət edirik. Ümid edirik ki, bu forum və müzakirələr Mərkəzi Asiya ölkələri, Azərbaycan və investorların yaşıl enerji tərəfdaşlığını gücləndirəcək və birgə yanaşmamızın həyata keçirilməsinə töhfə verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://publika.az
archiveBu xəbər 15 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri