Icma.az
close
up
RU
525ci qəzet Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq Pərviz Şahbazov

525ci qəzet Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq Pərviz Şahbazov

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Azərbaycan və Mərkəzi Asiya ölkələri gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradır".

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"Fürsətdən istifadə edərək Asiya İnkişaf Bankına "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinin həyata keçirilməsi üzrə məsləhət xidmətlərinə, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına və birgə müəssisənin işə salınmasına dəstək üçün 225 min ABŞ dolları qrant ayırmaq qərarına görə təşəkkür edirəm. Biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizini həyata keçirilməsi planlaşdırılan Xəzər dənizi-Qırmızı dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizlərinə bağlı böyük vahid yaşıl enerji platformasında həyati əhəmiyyətli bir bağlantı hesab edirik. Bu konsepsiya Azərbaycan və Mərkəzi Asiyadan Türkiyə və Avropa bazarlarına əhəmiyyətli həcmdə "yaşıl enerji"si və hidrogenin nəqlini, Asiyadan Avropaya qədər uzanan geniş regionlarda bərpa olunan enerji istehsalı və istehlakının əsas mərkəzlərinin inteqrasiyasını, həmçinin bərpa olunan enerjinin dəyişkənliyinin idarə edilməsi və balanslaşdırılmasını əhatə edir" - o qeyd edib.

Onun sözlərinə görə, böyük enerji layihələri təkcə enerjinin ötürülməsini təmin etmir, həm də sabit və davamlı gələcək üçün yol xəritəsi yaradır: "Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq. Böyük enerji potensialı əsasında qurulmuş üç dəhliz investorlar, enerji şirkətləri və əlbəttə ki, maliyyə qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bu forum vasitəsilə biz investorları və potensial tərəfdaşları bu tarixi transformasiyaya qoşulmağa dəvət edirik. Ümid edirik ki, bu forum və müzakirələr Mərkəzi Asiya ölkələri, Azərbaycan və investorların yaşıl enerji tərəfdaşlığını gücləndirəcək və birgə yanaşmamızın həyata keçirilməsinə töhfə verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri