Icma.az
close
up
RU
Gələcək üçün enerji texnologiyaları inkişaf edir

Gələcək üçün enerji texnologiyaları inkişaf edir

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Enerji qənaəti və alternativ enerji növləri ölkənin inkişafı və ekoloji tarazlığın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. 2022-ci ildə bu mövzuda araşdırma aparmışam, bir sıra stansiyalara səfər etmişəm. Məlumatlarım həmin dövrə aiddir, lakin düşünmürəm ki, bu sahədə ciddi dəyişikliklər baş versin. Bildiyimə görə, ölkədə yeni stansiyalar tikilir, lakin hazırda onların cari vəziyyəti barədə ətraflı məlumatım yoxdur. Qarabağ bölgəsində tikilən stansiyalar barədə isə araşdırma aparmaq mümkün olmadı, çünki səfərimə icazə verilmədi. Yenə də orada ciddi enerji obyektlərinin qurulması davam edir və mən bu prosesləri izləyirəm".Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri, həmçinin yaşıl enerji, insanların istifadəsi üçün təbii olaraq mövcud olan və tükənməz enerjidir: "Bu enerji mənbələri təbiətdə daim mövcuddur və insanların ehtiyaclarını ödəmək üçün istifadə olunur.

Bir neçə bərpa olunan enerji növü mövcuddur: su enerjisi, günəş, külək, biokütlə, geotermal bulaqlar və geotermal energetika. Lakin ölkəmizdə bu mənbələrin hamısından istifadə olunmur. Dünya təcrübəsinə baxdıqda, 2019-2020-ci illərdə Avropada ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 35% olmuşdur. Çində bu göstərici 27%, Hindistanda 21%, ABŞ, Rusiya və Yaponiyada isə təxminən 18% təşkil etmişdir. Hazırda Avropanın ev təsərrüfatları və iş mərkəzləri əsasən günəş və külək enerjisindən istifadə edir, bəzi ölkələrdə isə enerji istehsalının 50%-dən çoxu bərpa olunan enerji mənbələrinə əsaslanır.

Son illərdə Azərbaycan hökuməti alternativ enerji mənbələrindən istifadəni genişləndirməyə, qiymətli yanacaqlara qənaət etməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. “Yaşıl enerji” texnologiyaları dünyada sürətlə inkişaf edir və gələcəkdə ətraf mühit üçün zərərli olan atom elektrik stansiyalarını əvəz edə biləcək potensiala malikdir. Hazırda Azərbaycanda bərpa olunan enerji növlərinin bir neçə forması aktiv şəkildə istifadə olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının institutları və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hidrometeoroloji ölçmələr əsasında ölkədə bərpa olunan enerji mənbələrinin inkişaf xəritələri hazırlanmışdır. 2016-cı ildə külək enerjisi xəritəsi, 2017-ci ildə isə günəş enerjisi xəritəsi hazırlanmışdır. Hazırda ölkədə külək enerjisinin gücü 66,74 MVt olan 7 stansiya fəaliyyət göstərir və bunlardan biri hibrid stansiyadır. Günəş enerjisi sahəsində isə gücü 54,863 MVt olan 9 stansiya mövcuddur.

Azərbaycan hökuməti 2016-cı ildə Paris Sazişini imzalayaraq qlobal temperatur artımını Selsi şkalası ilə iki dərəcə səviyyəsində saxlamağa öhdəlik götürmüşdür. Bu öhdəliyə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35% azaltmaq hədəflənmişdir.

Hazırda ölkəmizdə günəş və külək stansiyaları ən çox perspektivə malik enerji mənbələri hesab olunur. Xüsusilə günəş enerjisi stansiyalarının fermer təsərrüfatları və kənd təsərrüfatı obyektləri üçün istifadəyə verilməsi iqtisadiyyatın inkişafına ciddi təsir göstərə bilər. Bu, enerji qənaətinə, ekoloji balansın qorunmasına və kənd təsərrüfatı məhsuldarlığının artmasına imkan yaradar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri