Icma.az
close
up
RU
Daha “yaşıl gələcək” üçün

Daha “yaşıl gələcək” üçün

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekologiya və ətraf mühitin mühafizəsi


Binaların və tikililərin karbonsuzlaşdırılması əsas hədəflər sırasındadır


Paytaxtda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir keçirilib. Tədbir ADA Universiteti, Macarıstan və Çexiya Respublikalarının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev, elecə də media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, son iki əsrdə çox ciddi ekoloji disbalans yaranıb. O qeyd edib ki, bu gün dünyada əsas çağırışlardan biri "yaşıl gələcək" mövzusudur. "Bu çağırışda əsas səbəb odur ki, son iki əsrdə çox ciddi ekoloji disbalans yaranıb. Müharibələr, sənaye və nəqliyyat tullantıları və s. məsələlər ekoloji tarazlığı pozub. Bu gün bəşəriyyəti narahat edən ən böyük məsələ iqlim dəyişikliyi məsələsidir. Son 100 ildə Yer kürəsində temperatur təqribən 0,8 dərəcə artıb. Buna səbəb istilik effekti yaradan qazlardır. Ona görə də "yaşıl iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi mühüm önəm kəsb edir. Hər bir ölkənin "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi tekcə enerji təhlükəsizliyi baxımından deyil, siyasi və strateji cəhətdən də böyük önəm daşıyır", - komitə sədri əlavə edib. Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov isə qeyd edib ki, "Boston Consulting Group" "Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması üzərində işləyir. Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın iki komponenti mövcuddur: ""Naxçıvanda Yaşıl Enerji Zonası" və Azərbaycan-Türkiyə intekonnektoru". Bu layihə regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir addımdır. Həmçinin Naxçıvanda yüksək bərpa olunan enerji potensialı və yüksək gəlirlilik vardır. Bölgənin texniki potensialı 21-29 giqavat qiymətləndirilir". Macarıstanın Azərbaycandakı səfiri Tomaş Torma vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. "Biz Azərbaycana təkcə Mərkəzi Avropanın deyil, bütövlükdə bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkə kimi baxırıq. Ona görə də biz təkcə neft və təbii qaz sahəsində deyil, həm də Gürcüstan, Rumıniya və Bolqarıstanla birlikdə Avropada “yaşıl” enerji üzrə ən böyük sazişi – “yaşıl” enerji dəhlizini işləyib hazırlayırıq", - o bildirib. "MVM Group"un baş direktoru Karoli Matray isə diqqətə çatdırıb ki, Azərbaycandan “yaşıl” dəhliz vasitəsilə elektrik enerjisinin idxalı Macarıstan üçün elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə kömək edə bilər. Macarıstan Azərbaycandan elektrik enerjisini “yaşıl” enerji dəhlizi ilə idxal edə bilsə, qiymətlər indiki ilə müqayisədə xeyli aşağı düşə bilər. Hazırda istehsal gücü olmadığından elektrik enerjisinin qiyməti bəzi hallarda yüksək olaraq qalır. Matray qeyd edib ki, Macarıstan kifayət qədər elektrik enerjisi istehsal etmir və idxaldan asılıdır. "Yaşıl enerji dəhlizi layihəsi bizə ucuz Xəzər elektrik enerjisinə çıxışı təmin edəcək ki, bu da tədarükün şaxələndirilməsi üçün həm iqtisadi, həm də siyasi zəmin yaradacaq. Bu, onun Macarıstan üçün strateji əhəmiyyətinə malikdir", - o əlavə edib. "Biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istərdik. Biz həm də ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq, çünki regionda çoxlu biznes imkanlarını görürük. Yaşıl dəhliz layihəsinə gəlincə, Macarıstan nöqteyi-nəzərindən bu, son dərəcə mühüm təşəbbüsdür", - o bildirib. K.Matray həmçinin qeyd edib ki, “MVM Group” “yaşıl” enerji sektoruna mümkün investisiyalarla bağlı Azərbaycanla danışıqlara başlayıb. “Biz Azərbaycanın "yaşıl" enerji sektoruna mümkün investisiyalarla bağlı danışıqlara başlamışıq. Hələlik heç bir yekun qərar qəbul edilməyib, lakin "yaşıl dəhliz" təşəbbüsü sayəsində real perspektivlər görürük. Biz bu istiqaməti inkişaf etdiririk, lakin hesab edirik ki, bunun reallaşması üçün bir neçə il vaxt lazım gələcək,” – deyə o bildirib. Onun sözlərinə görə, “MVM Group” artıq Çexiya ilə əməkdaşlıq edir və Rumıniyada biznes imkanlarını nəzərdən keçirir. Qeyd edilib ki, 30 avqust 2024-cü il tarixində Macarıstanın “MVM Group” şirkəti Qapalı Səhmdar Cəmiyyəti “Cənub Qaz Dəhlizi”ndən (CQD) “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 faiz, habelə "Azerbaijan Gas Supply Company Limited" (AGSC) şirkətindən Cənubi Qafqaz Boru Kəməri Şirkətində (South Caucasus Pipeline Company) 4 faiz pay əldə edilməsi ilə bağlı sövdələşməni başa çatdırıb. Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek də öz növbəsində qeyd edib ki, davamlı inkişaf üçün praktiki yanaşmaların tapılması vacibdir: "Bizim rolumuz innovativ ideyaları davamlı inkişafa praktik yanaşmalara çevirməkdir. Fəaliyyət göstərməsək, ciddi nəticələrlə üzləşə bilərik. Bugünkü tədbirin məqsədi bu mövzunu daha dərindən dərk etmək və yaradıcı həll yollarını stimullaşdırmaqdır". 


Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu cür geniş tərkibli tədbirlərin keçirilməsi bərpa olunan enerji və emissiyaların azaldılması istiqamətində innovativ həllərin tapılmasına yol açır: 


- Dünyada artıq başa düşməyə başlayıblar ki, təbiəti mühafizə etmək, ümumən planeti qorumaq üçün karbon emissiyaları böytük ölçüdə azaldılmalıdır. Bunun üçün də alternativ enerji mənbələrindən istifadə, “yaşıl enerji”yə keçid labüddür. Azərbaycan Avropa ölkələri üçün “yaşıl dəhliz” imkanı yaradır. Tədbir iştirakçılarının da bildirdiyi kimi, Azərbaycana təkcə Mərkəzi Avropanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkə kimi baxırlar. Və açıq şəkildə bildirirlər ki, təkcə neft və təbii qaz sahəsində deyil, həm də bir neçə ölkə ilə birlikdə Avropada “yaşıl” enerji üzrə ən böyük sazişi – “yaşıl” enerji dəhlizi layihəsi üzərində işləyirlər. Belə layihələrin icrası üçün mütləq innovativ həllər tapılmalıdır. Sənaye müəssisələrinin karbon emissiyalarını azaltmasına nail olunmalıdır. Ümumiyyətlə, şəhər nəqliyyatının sıfır emissiya – təmiz hava şərtləri altında fəaliyyəti təmin edilməlidir. Alternativ enerjidən istifadə imkanları genişlənməlidir. Həm şəhər təsərrüfatında, həm kənd təsərrüfatı, həm də sənaye müəssislərində, neft-qaz emalı sahəsində ciddi tədbirlər görülməlidir ki, havaya zəhərli qazların atılması minimuma endirilsin. Müsbət irəliləyişlərdən biri budur ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan enerji mənbələrindən istifadə edilir. Bu, təbiətin, ekologiyanın mühafizəsi üçün çox vacibdir. Belə imkanlar daha da genişləndirilməlidir ki, qarşıya qoyulan məqsədə böyük ölçüdə nail olunsun. Məlumatlardan biri budur ki, həmin tədbirdə “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev fəaliyyətlərinin karbonsuzlaşdırılması üzrə əməkdaşlıq məqsədilə Azərbaycanda sənaye sektorunun nümayəndələri ilə danışıqlar aparıldığını deyib. Qeyd edib ki, istiqamətlərindən biri də binaların və tikililərin karbonsuzlaşdırılmasında SOCAR-a dəstəkdir. Tələbatları daha yaxşı anlamaq üçün hasilatdan tutmuş, emal və satışa kimi bütün səviyyələrdə SOCAR-ın bütün bölmələri əməkdaşlıq edir və fəaliyyətlər əlaqələndirilir. SOCAR-ın neft-qaz obyektlərinin karbonsuzlaşdırılması məqsədilə həyata keçirəcəyi bir sıra kiçik layihələr də var ki, onlar hazırda hazırlıq mərhələsindədir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see170

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see143

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see136

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see122

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see122

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see121

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see120

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri