Icma.az
close
up
RU
​Gələcək uşağın yaddaşında başlayır! Komitə sədrinin YAZISI

​Gələcək uşağın yaddaşında başlayır! Komitə sədrinin YAZISI

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

1945-ci ilin avqustunda Xirosima və Naqasaki yerlə-yeksan olmuşdu. Şəhərlər yanmış, sənaye iflic vəziyyətinə düşmüş, milyonlarla insan həyatının ən ağır günlərini yaşayırdı. Belə bir vaxtda Yaponiyanın qarşısında taleyüklü seçim dayanmışdı: əvvəl zavodlar tikilməli idi, yoxsa məktəblər açılmalı idi? Seçim məktəblərin xeyrinə edildi. Çünki dağılan şəhərləri yenidən quracaq mühəndisləri, müəllimləri, həkimləri və dövlət xadimlərini yalnız məktəb yetişdirə bilərdi. Həmin qərar iqtisadi siyasətdən daha çox dövlətçilik fəlsəfəsinin təzahürü idi. Yaponiya gələcəyin beton və dəmirdən yox, insan düşüncəsindən başlandığını dərk etmişdi.Bu qərar tarixdə tək nümunə sayılmır. Qədim Sparta öz təhlükəsizliyini ordusunda yox, uşağın tərbiyəsində görürdü; Afina isə gücünü silahdan çox məktəbdə, elmdə və fəlsəfədə axtarırdı. Fərqli yollar seçən bu iki şəhər-dövlət eyni nəticəyə gəlmişdi: xalqın sabahı uşağın bu gün qazandığı dünyagörüşündən asılıdır.Roma imperiyası da yüksəlişini təkcə legionlarına borclu deyildi. Onun uzunömürlülüyünü təmin edən əsas amillərdən biri vətəndaşlıq şüuru idi. Roma ailəsi övladına qanuna hörmət etməyi, dövlət qarşısında məsuliyyət daşımağı, ümumi mənafeyi şəxsi maraqdan üstün tutmağı öyrədirdi. Hüquq əvvəlcə insanın xarakterində yaşayır, sonra qanun kitablarında öz əksini tapırdı. Məhz buna görə Roma təkcə torpaqları deyil, hüquq düşüncəsini də əsrlər boyu yaşada bildi.Tarix başqa həqiqətləri də göstərir. Güclü dövlətlər çox vaxt xarici hücumdan əvvəl daxildə zəifləyiblər. Mənəvi dəyərlər kölgədə qalanda, milli yaddaş zəifləyəndə, tərbiyə ikinci plana keçəndə siyasi və iqtisadi güc də uzunömürlü olmur. İbn Xəldunun dövlətlərin yüksəlişi və süqutu haqqında irəli sürdüyü fikirlər bu qanunauyğunluğu əsrlər əvvəl izah etmişdi. Dövlət əvvəl insanın daxilində möhkəmlənir, sonra sərhədlərdə.Keçmiş yaddaş yox, istiqamətdir.Dünyada dövlətini itirib, tarixini qoruyan xalqlar var. Dövlətini qoruyub, tarixini itirənlər də mövcuddur. Birinci halda zaman keçdikcə dövlət yenidən qurulur, ikinci halda isə xəritədə qalan ölkə belə milli ruhunu itirməyə başlayır. Çünki dövləti yaşadan iqtisadiyyat və hərbi güclə yanaşı, nəsildən-nəslə ötürülən mənəvi yaddaşdır. Çin minilliklər boyu müharibələr, işğallar və hakimiyyət dəyişiklikləri yaşasa da, dövlətçilik ənənəsini qoruya bildi. Bunun səbəbi təkcə siyasi idarəçilik yox, eyni zamanda hər yeni nəslə mənsub olduğu sivilizasiyanın dəyərləri, məsuliyyəti və tarixi missiyası öyrədilməsi idi.XX əsrin ortalarında Almaniya tamam fərqli seçim qarşısında qaldı. Müharibənin dağıntılarından sonra ölkə yalnız şəhərləri bərpa etmədi, həm də öz tarixinə münasibətini yenidən formalaşdırdı. Məktəblərdə keçmiş gizlədilmədi, bütün ağrıları ilə öyrədildi. Bunun nəticəsində yeni nəsil tarixdən kor-təbii qürur duymağı yox, məsuliyyət götürməyi öyrəndi. Bu yanaşma Almaniyanın iqtisadi dirçəlişindən əvvəl mənəvi dirçəlişini təmin etdi.Qlobal müstəvidən gələn bu tarixi təcrübə təbii olaraq Azərbaycanın dövlətçilik yolunda öz əksini tapır. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay yaşasa da, müasir dövlətçilik düşüncəsinin ideya əsaslarını formalaşdırdı. Müstəqillik, parlament ənənəsi, milli ordu, dövlət dili və üçrəngli bayraq sonrakı nəsillərin siyasi yaddaşına çevrildi.Müstəqilliyin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhz bu tarixi varislik üzərində qurdu. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik” fikri yalnız keçmişə ehtiram ifadə etməklə, həm də müasir Azərbaycanın inkişafını tarixi təməl üzərində qurmağın siyasi və mənəvi konsepsiyası idi. Varislik burada keçmişi mexaniki şəkildə təkrarlamaq yox, onun yaratdığı dəyərləri dövrün tələblərinə uyğun yaşatmaq anlamı daşıyırdı. Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi dövründə ardıcıl şəkildə inkişaf etdirilərək müasir dövlət siyasətinin əsas sütunlarından birinə çevrilib. Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi irsin qorunması və tarixi yaddaşın gücləndirilməsi göstərir ki, inkişaf həm də milli kimliyi gələcəyə daşımaq bacarığıdır.Bəli, danılmaz faktdır ki, gələcəyi uşaqların yaddaşı qurur.


Hər nəsil öz dövrünün problemlərini həll edir, lakin həqiqi dövlətçilik təkcə bugünün qayğıları ilə məhdudlaşmır. Böyük dövlət hələ doğulmamış nəsillərin də taleyi haqqında düşünə bilən, yollar və şəhərlər tikməklə yanaşı, şüurlu insan yetişdirən dövlətdir. Çünki hər tikilinin ömrü müəyyəndir, yaxşı tərbiyə almış insanın formalaşdırdığı dəyərlər isə nəsildən-nəslə ötrülür, yaşayır.Müasir dünyanın rəqabəti təbii sərvətlər, coğrafi üstünlüklər iqtisadi inkişafla yanaşı milli kimliyini qoruyaraq dəyişən dünyaya uyğunlaşa bilən cəmiyyətlər arasında gedir. Azərbaycan da inkişaf yolunu məhz bu prinsip üzərində qurur. Güclü iqtisadiyyat, müasir infrastruktur və rəqəmsal transformasiya ölkənin gücünü göstərir, lakin bütün bunların davamlılığı milli düşüncəyə söykənən insan kapitalından asılıdır.Azərbaycançılıq ideologiyası məhz bu baxımdan gələcəyin mənəvi sütunudur. O, insanları mənşəyinə və ya sosial vəziyyətinə görə ayırmır, hamını eyni dövlətçilik düşüncəsi və tarixi yaddaş ətrafında birləşdirir. Təhsil sistemi klassik mənada yalnız peşə hazırlığı məsələsi ilə yekunlaşmamalıdı, həm də vətəndaş yetişdirmə ocağı olmalıdır. Şagirdə sadəcə məlumat ötürüldükdə savadlı mütəxəssis ola bilər, lakin ona milli yaddaş, tarixi varislik və dövlətçilik məsuliyyəti aşılandıqda o, həqiqi vətəndaşa çevrilir.Bir xalqın sabahını dəyişmək üçün əvvəlcə onun uşaqlarının yaddaşını zənginləşdirmək lazımdır. Çünki gələcək ilk növbədə məktəb partası arxasında, müəllimin söylədiyi fikirdə və formalaşan milli kimlikdə doğulur. Xalqların taleyini müəyyən edən məhz həmin görünməyən, lakin təməl rolunu oynayan başlanğıcdır.Gəlin sabahımızın təməlini məhz bu gün uşaqlarımızın yaddaşında ucaldaq!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri