Icma.az
close
up
RU
Gələcək möhkəm əməkdaşlığın əsası qoyulur KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Gələcək möhkəm əməkdaşlığın əsası qoyulur KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu uğurla təmin etmək, müdafiə sənayemizi inkişaf etdirmək qarşıda duran başlıca vəzifədir və bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətlidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclidin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələlərə daim böyük önəm verir və dövlətimiz xarici ölkələrlə əməkdaşlıq sahəsində milli təhlükəsizliyimizi ön plana çəkir.

“Bu günlərdə Azərbaycan ilə Somali arasında imzalanmış sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişin yer alması bunun əyanı nümunəsidir. Mətbuata bəyanatında dövlətimizin rəhbəri bildirmişdir ki, Somali Federativ Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin yaxşılaşdırılması önəmlidir və bu istiqamətdə bir sıra tədbirlər görülməkdədir. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində böyük potensiallar vardır. Müdafiə məsələsi isə ön sıradadır.

Cənab İlham Əliyev demişdir ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlıqlarının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri ola bilər. Bu reallıqdır, çünki göstərildiyi kimi, Azərbaycan müdafiə avadanlıqlarının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialı yaradır. Qarabağ müharibəsindəki tarixi qələbə, hərbi qulluqçularımızın peşəkarlığı sahəsində düşmənin altı və yeddi müdafiə xəttinin, müxtəlif müdafiə istehkam infrastrukturlarının məhv edilməsi bunu deməyə əsas verir.

Azərbaycan–Somali münasibətlərinin yaxşılaşması, əməkdaşlığın genişləndirilməsi hər iki ölkə və xalqlar üçün faydalıdır. Bunu bəyanatlarında dövlət rəhbərləri dəfələrlə səsləndirməklə, gələcək möhkəm dostluğun və əməkdaşlığın əsasını qoymuşlar”, deyə Tahir Rzayev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri