Icma.az
close
up
RU
Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri yeni araşdırma

Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri yeni araşdırma

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Science Direct" portalının yaydığı məlumata görə, yeniyetməlik dövründə formalaşan bəzi təhsil vərdişləri insanın gələcəkdəki bədən çəkisinə və bel ölçüsünə ciddi təsir edə bilər.

Araşdırma nəyi üzə çıxardı?

Pensilvaniya Dövlət Universitetinin sosiologiya üzrə professoru, aparıcı müəllif Miçel Frisko bildirib ki, onilliklərdir aparılan tədqiqatlar ali təhsil diplomlarının uzunmüddətli sağlamlıq və rifahla əlaqəli olduğunu göstərir. Lakin bu diplomlara gətirib çıxaran bir təhsil prosesi var ki, bu da məktəblərdə formalaşır və ailələr tərəfindən dəstəklənir.

"Əgər təhsilin sağlamlığa niyə təsir etdiyini tam anlamaq istəyiriksə, gərək bu prosesə daha əvvəldən - məktəb illərindən baxaq," - deyə tədqiqatçılar əlavə ediblər.

Gələcək çəkiyə təsir edən üç əsas məktəb vərdişi

Sosial-iqtisadi imkanları yüksək və ya özəl məktəblərdə oxuyan şagirdlər illər sonra daha sağlam bədən çəkisinə malik olurlar.

Orta məktəbdə daha inkişaf etmiş, qabaqcıl dərslərdə iştirak edənlərin də gələcəkdə çəkilərini daha yaxşı qoruduqları müşahidə edilib.

Məktəbdə populyar və sosial baxımdan aktiv olan şagirdlərin isə onillər sonra belə daha sağlam bədən formasına sahib olduqları aşkarlanıb.

Professor Friskonun sözlərinə görə, bu təsirlər xüsusilə qadınlarda daha güclü müşahidə olunub. Bu isə cəmiyyətin qadınlara qarşı daha çox "arıq olma" təzyiqi göstərməsi ilə əlaqələndirilir.

"Təhsil müəssisələrində formalaşan sosial qruplar sağlamlıq davranışlarını və həyat tərzini ciddi şəkildə təsir edir. Bu proses ailələrdə başlayır, məktəblərdə davam edir," - Frisko qeyd edib.

Psixoloqdan şərh: "Valideynlər bu amilləri nəzərə almalıdır"

Ailə psixoloqu Nabat Mirzəyeva mövzu ilə bağlı Milli.Az-a açıqlamasında bildirib ki, məktəb dövründə formalaşan sosial və təhsil mühiti uşaqların psixoloji inkişafına birbaşa təsir edir və bu, gələcəkdə onların sağlamlıq vərdişlərinə də sirayət edir:

"Sosial baxımdan aktiv uşaqların özlərinə inamı daha yüksək olur. Bu inam onların sonrakı illərdə idmanla məşğul olmaq, sağlam qidalanmaq və özlərinə baxmaq kimi davranışlarına təsir edir. Eyni zamanda, akademik uğur uşaqlarda məsuliyyət hissini gücləndirir. Bu da sağlamlıqla bağlı qərar verməyi asanlaşdırır," - deyə psixoloq vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, ailələr uşaqların təhsil aldığı mühitin yalnız akademik deyil, həm də sosial və psixoloji təsirlərini nəzərə almalıdır:

"Valideynlər məktəb seçimində yalnız reytinqə və akademik göstəricilərə yox, həm də uşağın orada özünü necə hiss edəcəyinə diqqət yetirməlidir. Uşağın sosial çevrəsi, müəllimlərlə münasibəti və dərsdənkənar fəaliyyətlərə qatılması da onun gələcək psixoloji və fiziki sağlamlığında önəmli rol oynayır".

Xəyal Abdullayev
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri