Icma.az
close
up
RU
Gələcəyə atılan güllə Kəmalə Abiyeva yazır

Gələcəyə atılan güllə Kəmalə Abiyeva yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamalə ABİYEVA

Müəllim illərdir müzakirə, tənqid və təhqir obyektinə çevrilib. Və illərdir bunun yaxşı nəticələr verməyəcəyini çıxışlarımda, yazılarımda vurğulayıram. İllərdir müəllim bir şagirdin, bir valideynin sözü, şikayəti ilə cəzalandırılır, işdən çıxarılır. Və həmin müəllimin, məktəbin, başqa şagirdlərin hüququ pozulur. İlk dəfə belə xəbərləri eşidəndə diksindim. Qorxdum. Nəhayət, şagird məktəbə silahla gəldi, müəllimə güllə atdı. Müəllim yaralandı. Amma həyatını itirə də bilərdi. İndi şagird araşdırılır. Amma bunu elə ilk dəfədən etmək lazım idi. O şikayət edən, hay-həşir salan ailələr, onların övladı araşdırmalı idi. Elə müəllim də. Müəllim həmişə haqlı olmadığı kimi, valideyn də həmişə haqlı ola bilməz. Və ailələr, eləcə də şagirdlər vəzifələri olduğunu anlamalıdır. Məktəb də bu işdə günahkardır. Hamının məktəbin vəzifələrindən danışdığı bir vaxtda susur, "sənin də vəzifələrin var" demirdi. Nəyin təsirindən, yəni səbəbindən asılı olmayaraq uşağın məktəbə silahla gəlməsi qorxuncdur. Bu, təkcə müəllimə atılan güllə deyil. Bu, müəllim peşəsinə, məktəbə, təhsil sisteminə, cəmiyyətə-gələcəyə atılan güllədir. Ara-sıra bir çox problemlərdən söz açırdım, çətin olacağını, yəni xaos olacağını hiss edirdim, amma bu qədərini gözləmirdim.

Müəllimin nüfuzunun qorunduğu, müqəddəs olduğunu aşılayan bir ideoloji cəmiyyətimiz vardı. Birdən-birə müəllim tam hüquqsuz biri kimi təqdim olunduğu cəmiyyətə düşdü. Bircə şagirdin, valideynin sözü ilə cəzalandırıldı, işdən qovuldu. Hələ də heyrətdəyəm ki, bir valideynin şikayəti ilə müəllimi necə cəzalandırmaq olar?  "Müəllimin nə ixtiyarı var uşağıma söz desin, əl qaldırsın? Gedib başına bir oyun açaram ki..." kimi ifadələr yarışa çıxdı. Müəllimi müzakirəyə çıxarmaq olmazdı.

Mənim dibçəkdə gül böyütmək bacarığım yoxdur. Xatirə adlı bir qohumun var, evdə elə gözəl güllər bəsləyir ki. Kimsə dibçəkgülü yetişdirmək istəsə, məndən yox, ondan məsləhət alar. Yəni burada da təcrübə, praktik bilik əsasdır. Biz nə etdik? Müxtəlif vəzifələrdə yaşı 75-dən çox olanlar arxayınca oturduğu halda 65 yaşı olar-olmaz müəllimi işdən çıxardıq. Bunu bilən müəllim elə hesab edin ki, son illərini elə-belə başa vurur. Demirəm ki, 65 yaşa çatanların hamısı yaxşıdır. Yox! Qətiyyən belə deyil. Amma aralarında bütün məktəbi ayaqda saxlaya bilənlər var. Onlar qalmalıdır. Bu, məktəb direktorunun vicdan məsələsidir. Belə müəllimlərin qalmasında israrlı olmalıdırlar. Amma Təhsil Nazirliyi direktorlara inanmır. Bilir ki, direktora səlahiyyət verilsə, rüşvət alacaq kimisə saxlamaq üçün. Yaşlı nəsil getdikcə məktəblərdə vəziyyət yaxşılaşmadı ki... Cavan ol, istəyirsən sinifdə oynaya-oynaya, oxuya-oxuya, nə bilim, başqa necəsə dərs keç, bu, əsas deyil. Sözünün, hətta baxışının kəsəri olmalıdır müəllimin. O isə yoxdur. Aşağı sinifləri yola vemək olur, 9-11-ci siniflərdə iş müşkülə dönür. Şagirdin "Mən"i formalaşan çətin dövrdür. Hər müəllim, hər valideyn o Məni görə bilmir. Nəticə göz önündədir.

Məsələ bəlkə də bütün dəhşəti ilə aydın deyil. Amma bir məktəbdə bir şagirdin əlində silah, məktəbə getməsi həlli mümkünsüz olan bir məsələdir. Nə qədər qınasaq da, kimi qınasaq da, bu hadisə 12-13 yaşdan yuxarı bütün yeniyetmələrin yaddaşına iz saldı. Bu izi silmək çətin olacaq. Məsələ burasındadır ki, dələduzluqda ittiham olunan, dərsliklərdə düşmən mövqeyinə, etik olmayan davranışlarına görə təhsil sistemindən kənarlaşdırılanlar, müəllim işləməyənlər, kənardan seyrçi olanlar, valideynlər, məktəbi yalnız şagird kimi tanıyanlar, təhsil prosesindən ciddi xəbərləri olmayanlar, bir sözlə, hamı münasibət bildirir. Sual olunur: təhsili, məktəbin, müəllimin işini hamı belə bilirsə, niyə bu qədər nöqsan var? Deyəcəksiz Təhsil Nazirliyi günahkardır. Amma yox, təhsilə, məktəbə münasibət hər kəsin özündən başlayır. Bir, iki, üç uşağının tərbiyəsinə, dərsinə nəzarət edə bilməyənlər daim gileylənir, şikayət edir, günahkar axtarır. Və təhqiredici münasibət sərgiləyir sosial şəbəkədə.

Normal, yəni intizamlı, dərs oxuyan, məsuliyyətli şagirdlərin valideynləri məktəbi, müəllimi qınamır, dava-dalaş salmır. Hətta nizam-intizamlı, məsuliyyətli, çalışqan, amma zəif oxuyan şagirdlərin valideynləri də anlayışlıdır, uşaqlarının zəif oxuduğunu bilirlər, müəllimi qınamırlar. Belə şagirdlərin, ailələrin çox nadir hallarda müəllimlə problemi olur. Hətta müəllimlər belə şagirdlərə daim güzəştə gedirlər. İlk növbədə hər bir ailə, hər bir vətəndaş özünün məktəb, müəllim, təhsil sistemi qarşısındakı vəzifəsini başa düşməlidir. Axı, hər kəsin ağlı, düşüncəsi, tərbiyəsi qarşı tərəfdən asılı deyil.

Ən gözardı olunan məsələlərdən biri də valideynlərin münasibətidir. Hər valideyn məktəbə-müəllimə öz ağlından, uşağının psixologiyasından, ona olan münasibətdən baxır: Mənim uşağım zəif oxuyursa, müəllim günahkardır. Dərsə getmirsə, müəllim günahkardır. Müəllim şagirdə irad bildirdisə, günahkardır və s. Niyə? Hər məktəbdə yüzlərlə şagird oxuyur. Bir müəllim bir-neçə şagirdin xoşuna gəlməyə bilər. Təbiidir. Bu, müəllimin dəyər ölçüsü olmamalıdır. "Mənim uşağım bəyənmirsə, pis müəllimdir" deyə bir dəyər vahidi yoxdur. Valideynin övladına dərs deyən müəllim haqqında məlumatı olmalıdır. Məlumatı olmalıdır ki, övladı ilə müəllimi arasındakı münasibətə düzgün, obyektiv yanaşa bilsin.

Təhsil Nazirliyinin də səhvi onda oldu ki, hər videosu yayılan, bir valideynin narazı olduğu müəllimi cəzalandırdı. Təhsil nazirinin son günlərdəki çıxışına baxdım. Jurnalistlərə irad bildirir. Düzgün də edir. Amma mən illərdi bunu deyirəm, yazılarımda vurğulayıram. Yəqin səsimi eşitdilər. İndi mən deyəni deyir. Düşünürəm ki, nazir hətta bir az sərt olmalıdır. Deməlidir ki, məktəblərdə olan hadisələri icazəsiz paylaşmaq olmaz. Şişirdilmiş, doğru olmayan, hansısa məktəbi qəsdən gözdən salmaq istəyən valideynlərin verdiyi xəbərləri yayımlayan jurnalistlərdən, saytlardan heç olmasa Mətbuat Şurasına şikayət edilməlidir.

P.S. Mən təhsil naziri Emin Əmrullayevin müəllimi deyiləm - yəni indi çalışmıram, təqaüddəyəm. Onun haqqında deyilən mənfi fikirlərin çoxuna qatılmıram. Kiminsə haqqında xoşagəlməz fikir söyləməyi ilk növbədə öz ağlıma, düşüncəmə yaraşdırmıram. Siz də bir düşünün - amma bəyənsək də, bəyənməsək də, nazir hadisələrə münasibət bildirir, nələrsə etməyə çalışır. Cəmiyyətə daha açıqdır, daha şəffafdır. Görən kimi hər kəsin tanıdığı bəlkə də, yeganə nazirdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:399
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri