Kəmalə Abiyeva Aydın qızı ÖMRÜMÜN PAYIZIDIR
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Ömrümdə aylar,
illər bir-birinə qarışıb.
Qəlbimdə xatirələr,
çöldə yarpaq yağışı…
Yağışın sehrinə bax,
rəngli xalı toxuyur.
Səslənir yarpaq-yarpaq
həzin nəğmə oxuyur.
Mən elə bilirdim ki,
yağışın rəngi olmur.
Demə hər bir yağışın
özünün rəngi olur.
Bu yağış ağacların itən gözəlliyidi.
Hər baharın payızla bitən gözəlliyidir.
Payız, qış qurtaracaq,
yenə bahar gələcək.
Yaşıl geyib ağaclar
yenə üzə güləcək.
Hər payızın öz qışı,
hər qışın baharı var.
Ömrün qışından sonra
amma gəlmir ki, bahar.
Günlər öz axarında
Gətirir yenə qışı.
Ömrümün payızıdır
yağır yarpaq yağışı.
Bu mövzuda digər xəbərlər:Kəmalə Abiyeva Aydın qızının ŞEİRLƏRİ
13 İyul 2026 11:03
Kəmalə Abiyeva: Darıxdım...
28 Noyabr 2024 15:47
HAMININ TANIDIĞI NAZİR Kəmalə Abiyeva Aydın Qızı yazır
10 Fevral 2026 13:05
Kəmalə Abiyeva: Sən də sevəcəksən gizlicə
18 Dekabr 2024 15:16
Gələcəyə atılan güllə Kəmalə Abiyeva yazır
20 Fevral 2026 21:09
Baxış sayı:247
Bu xəbər 21 Oktyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















