Icma.az
close
up
RU
Gələcəyə strateji baxış üzərində qurulan əməkdaşlıq

Gələcəyə strateji baxış üzərində qurulan əməkdaşlıq

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan bütün ölkələrlə həm ikitərəfli münasibətlər əsasında, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. İslam dünyası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Azərbaycan-BƏƏ əlaqələri hər zaman müsbət inkişaf dinamikası ilə diqqət çəkib. Yüksək səviyyəli dialoq mühitində dərinləşən münasibətlər siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahələrində özünü aydın göstərməkdədir. İslam dünyasının zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri BMT-nin, İƏT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim Azərbaycanın haqq işini müdafiə edib.

Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri səviyyəsində reallaşan müntəzəm qarşılıqlı səfərlər və hökümətlərarası əlaqələr qarşılıqlı əməkdaşlığın yüksələn xətt üzrə inkişafına öz töhfəsini verir. Dövlət başçılarının intensiv təmasları Azərbaycan–BƏƏ münasibətlərinin uzunmüddətli strateji baxış əsasında inkişaf etdiyini təsdiqləyir.

Dekabrın 17-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında son illərdə ardıcıl şəkildə formalaşan strateji tərəfdaşlıq münasibətlərinin məntiqi davamı kimi mühüm siyasi əhəmiyyət daşıyır. Bu səfər təkcə ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi baxımından deyil, eyni zamanda, Azərbaycanın Yaxın Şərq və Körfəz regionu ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi kontekstində də xüsusi önəm kəsb edir.

Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Gələcəyin Oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın bariz göstəricisidir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın əsas sütunlarından biri enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq artıq yalnız ənənəvi neft-qaz sektoru ilə məhdudlaşmır. Bərpaolunan enerji, yaşıl texnologiyalar və dayanıqlı enerji infrastrukturu istiqamətində planlaşdırılan və həyata keçirilən layihələr tərəflərin gələcəyə yönəlik inkişaf prioritetlərinin üst-üstə düşdüyünü nümayiş etdirir. Azərbaycanın yaşıl enerji potensialı və BƏƏ-nin bu sahədə qlobal təcrübəsi əməkdaşlığa yeni keyfiyyət və məzmun gətirir.

Qarşılıqlı investisiya sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. BƏƏ üçün Azərbaycan sabit siyasi mühitə, əlverişli investisiya imkanlarına və mühüm tranzit mövqeyinə malik etibarlı tərəfdaş kimi dəyərləndirilir. Nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri BƏƏ şirkətlərinin xüsusi maraq dairəsindədir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi bu marağı daha da artıraraq ölkəmizin regional iqtisadi proseslərdə rolunu gücləndirir.

Siyasi və diplomatik müstəvidə Bakı ilə Əbu-Dabi arasında tam anlaşma mövcuddur. Hər iki dövlət beynəlxalq münasibətlərdə suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan yanaşmanı bölüşür. Regional və qlobal təhlükəsizlik məsələləri ətrafında aparılan fikir mübadiləsi tərəflərin bir sıra fundamental mövzularda eyni mövqelərdən çıxış etdiyini göstərir.

Postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri də Azərbaycan–BƏƏ əməkdaşlığı üçün yeni imkanlar açır. Yaşıl enerji zonalarının yaradılması, “ağıllı” şəhər və kənd konsepsiyalarının tətbiqi ilə bağlı aparılan müzakirələr bu əməkdaşlığın konkret və praktik nəticələr verəcəyinə əsaslı zəmin yaradır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanla BƏƏ arasında siyasi etimad, iqtisadi sinerji və gələcəyə yönəlik strateji baxış üzərində qurulan tərəfdaşlığın uzunmüddətli perspektivlərə malik olduğunu təsdiqləyir.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri