Icma.az
close
up
RU
Tarixi bağlar üzərində qurulan strateji əməkdaşlıq ŞƏRH

Tarixi bağlar üzərində qurulan strateji əməkdaşlıq ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəsi təkcə siyasi və iqtisadi maraqların uzlaşmasının nəticəsi deyil. Bu əməkdaşlığın əsasında əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla birgə mətbuata bəyanatı da məhz bu reallığı bir daha təsdiqlədi. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi yaxınlıq üzərində qurulub və bu amillər strateji tərəfdaşlığın uzunmüddətli inkişafını təmin edən əsas sütunlardır.

Son illərdə humanitar əməkdaşlığın ardıcıl şəkildə genişlənməsi bu yaxınlığın praktik nəticələrini nümayiş etdirir. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabad və Arkadağ şəhərlərində keçirilməsi, ötən il isə Türkmənistanın mədəniyyət xadimlərinin Bakı və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında qarşılıqlı etimadı və mənəvi yaxınlığı daha da möhkəmləndirib. Bakı ilə Aşqabadın, eləcə də Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər olması isə münasibətlərin təkcə dövlətlərarası deyil, cəmiyyətlərarası xarakter daşıdığını göstərən mühüm nümunədir. Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı imzalanmış sənədlər də bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində mühüm addım hesab olunmalıdır. Müxtəlif sahələri əhatə edən razılaşmalar iqtisadi, nəqliyyat, humanitar və digər istiqamətlərdə əlaqələrin genişlənməsinə yeni imkanlar yaradır. Hüquqi bazanın daha da zənginləşdirilməsi qarşılıqlı fəaliyyətin sistemli və uzunmüddətli inkişafına xidmət edir. Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və etibarlı siyasi dialoq prinsiplərinə əsaslanır. İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, Xəzər regionunda əməkdaşlığın möhkəmləndirilməsinə, regional sabitliyin qorunmasına və iqtisadi əlaqələrin genişləndirilməsinə birgə töhfə verir. Xüsusilə nəqliyyat, energetika və ticarət sahələrində həyata keçirilən layihələr əməkdaşlığın praktik nəticələrini daha aydın şəkildə ortaya qoyur.
Bu münasibətlərin mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı etimadın konkret əməli addımlarla möhkəmləndirilməsidir. Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstək, Füzulidə məscid tikintisi təşəbbüsü, eləcə də humanitar layihələrdə fəal iştirak qardaşlıq münasibətlərinin real ifadəsinə çevrilib. Bu faktlar göstərir ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq siyasi bəyanatlarla məhdudlaşmır, ortaq dəyərlərə söykənən praktik tərəfdaşlıq kimi inkişaf edir.
Bugünkü reallıq onu deməyə əsas verir ki, Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi iradə ilə yanaşı, xalqları birləşdirən tarixi və mənəvi bağlar da etibarlı zəmin yaradır. Məhz bu amillər strateji tərəfdaşlığın yeni məzmun qazanmasına, Türk dünyasında həmrəyliyin güclənməsinə və regionda davamlı əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri