Gələcəyin ən gəlirli sahələri açıqlandı
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda iş tapmaq məsələsi hər zaman aktualdır. İqtisadiyyatın rəqəmsal müstəviyə keçməsi və xidmət sahəsinin genişlənməsi işəgötürənlərin gözləntilərini də kökündən dəyişib. Artıq diplom sahibi olmaq kifayət etmir, bazarın nəbzini tutan kadr olmaq şərtdir.
Hazırkı mənzərə göstərir ki, kütləvi ixtisarlar və rəqabətin artdığı dövrdə bəzi peşə sahibləri üçün imkanlar daha genişdir. Təhsil eksperti Elçin Əfəndi bildirir ki, ölkədə kadr çatışmazlığı və tələbatın yüksək olduğu sahələr artıq bəllidir. Ekspertin fikrincə, pedaqogika, səhiyyə və iqtisadiyyat istiqamətləri liderliyini qoruyur. Son dövrlər idman və kənd təsərrüfatı mütəxəssislərinə də ehtiyac kəskin artıb.
Texnoloji sıçrayış isə kompüter elmləri və informasiya texnologiyaları sahəsini əvəzolunmaz edib. Rəqəmlər də bu meyli təsdiqləyir. Məsələn, bu il iqtisadi ixtisaslara sənəd verənlərin sayı 2000 nəfər, birinci qrup üzrə isə 1000 nəfər çoxalıb. Bu artım gənclərin artıq real bazar tələblərinə uyğun seçim etdiyini göstərir.
İşsizlik riski ilə üzləşməmək üçün abituriyentlər gələcək karyeralarını qurarkən dövlət və özəl sektorun ən çox axtardığı kadrların siyahısına diqqət yetirməlidirlər. Müəllimlik, həkimlik və texnoloji sahələr yaxın illərdə də aktuallığını itirməyəcək.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Gələcəyin ən yüksək gəlirli sahələri hansılar olacaq?
21 May 2026 17:57
Gələcəyin ən gəlirli ixtisasları açıqlandı xəbərdarlıq KONKRET
16 İyul 2026 17:16
Gələcəyin ən gəlirli peşələri hansılar olacaq? ARAŞDIRMA
05 İyun 2026 11:57
Abituriyentlərin nəzərinə: gələcəyin ən perspektivli ixtisasları açıqlandı
11 İyun 2026 10:45
Gələcəyin ixtisasları: daha lazımlı və daha gəlirli
27 Fevral 2025 17:38
Baxış sayı:176
Bu xəbər 29 May 2026 17:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları