Icma.az
close
up
RU
Gələcəyin ixtisasları: daha lazımlı və daha gəlirli

Gələcəyin ixtisasları: daha lazımlı və daha gəlirli

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 2-si və 9-da ölkə üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulub. Bu imtahanlardan sonra abituriyentlər qəbul imtahanlarına hazırlaşacaq və yay aylarında ixtisas seçimi həyata keçiriləcək. Lakin artıq indidən şagirdlər və valideynlər gələcək peşə seçimləri ilə bağlı düşünməyə başlayıblar.

Təhsil eksperti İlqar Orucov Modern.az-a bildirib ki, abituriyentlər ixtisas seçərkən özlərini gələcəkdə hansı sahədə rahat olacağına və cəmiyyətə fayda verə biləcəyinə nəzər yetirməlidirlər.

"Burada peşəkarlıq və qabilliyət rol oynayır. Bizim cəmiyyətdə, adətən ailə və ətrafın müdaxiləsi ilə ixtisas seçən şəxslər daha çoxdur. Lakin bu düzgün deyil. İş insanın gələcəyində böyük rol oynayır. Abituriyentlər reallaşdıra bilmədiyi peşələri seçəndə çox çətinliklər yaşayır", - o vurğulayıb.

İlqar Orucov qeyd edib ki, abituriyentlər ixtisas seçimi başladığı an artıq istədiyi sahəni bilməlidir: "Bəzi 11-ci sinif şagirdlərinə seçəcəyi ixtisas ilə bağlı sual verildikdə, cavabları qeyri-müəyyən olur. Bu da maneə yaradır. Burada ailə və məktəb faktoru da rol oynayır. Valideynlərlə müəllimlər vaxtında şagirdlərin istedadlarını üzə çıxarmalıdırlar. Yalnız toplanılan bala uyğun peşə seçimi etmək qüsur hesab edilir",

Təhsil eksperti gələcəkdə hansı ixtisasların daha lazımlı və gəlirli olması məsələsinə də toxunub. O deyib ki, əmək bazarında inkişaf çox sürətlidir:

"Burada rəqəmsallaşmanın və süni zəkanın inkişafı, sənaye inqilabları, iqlim dəyişiklikləri, qlobal təsirlər mühüm yer tutur. Dünyada nüfuzlu universitetlərin ixtisaslarına baxsaq, nə qədər yeni ixtisasın olduğunu görə bilərik. Son vaxtlar bizdə mühəndislik ixtisaslarına maraq artıb. Əvvəl isə, humanitar və sosial əhəmiyyətli peşələr gündəmdə idi.  Dünyanın əmək bazarına çıxmaq istəyənlər daha çox dəqiq elmlərə üstünlük verirlər.  Lakin, biz gələcəkdə hansı ixtisasların böyük rol oynadığını dəqiq deyə bilmərik. Çünki əmək bazarında formalaşan iş yerləri də faktordur. Sürətli inkişaf insanların təkmilləşməsini ortaya qoyacaq. Abituriyentlər qəlibləşmiş sahələri seçməklə yerli əmək bazarında özlərinə yer tapa bilərlər. Qlobal bazara çıxmaq istəyənlər peşə trendlərinə diqqət etməlidirlər".

Zərif Sofiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri